Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

5 uşağı ilə İraqda ölən azərbaycanlı qadın ora necə gedibmiş? - Fotolar

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İraqda, əsir düşərgəsinə bomba atılması nəticəsində azərbaycanlı qadın və onun beş uşağı öldürülüb


Bu, vaxtilə dini radikallara qoşularaq, Türkiyəyə, oradan isə İraqa gedən İlahə Əliqulu qızı Abdullayevadır. Onun seçdiyi yanlış yol həm özü, həm də körpə uşaqları üçün dəhşətli faciə ilə nəticələnib.

İlahənin anası Səfayə Abdullayeva AzVision.az-a bildirib ki, faciədən sonra yalnız bir nəvəsi - 3 yaş 5 aylıq Umeyr sağ qalıb. Bu həftə ərzində Umeyri dövlət orqanlarının dəstəyi ilə Azərbaycana gətirəcəklər.

- Gecə-gündüz nəvəmiz Umeyrin Azərbaycana gətirilməsini gözləyirik. Bu gecə Abdullah adlı uşaq Azərbaycana gətirlib. Bizə də bu barədə məlumat verdilər. Amma o, bizim nəvəzmiz Abdulla deyil. Bizim ən kiçik nəvəmiz Abdulla 1 yaş beş aylıq idi. Partlayış zamanı o da həlak olub. Tək sağ qalan nəvəm isə Umeyirdir. O, bir neçə gün öncə tapılıb. Əsirlərin qaldığı düşərgədə saxlanılırmış,- deyə Səfayə Abdullayeva AzVision.az-a bildirib.

Səfayə xanımın sözlərinə görə, qızı İlahənin beş övladı vardı, biri isə bətinində idi: “Mətbuatda yazılır ki, guya Azərbaycana gətirilən Xədicə adlı körpə qız Abdullanın bacısıdır. Bu, yanlış məlumatdır. Umeyrin heç bir bacı-qardaşı sağ qalmayıb. Bizim evə nümayəndələr gəlib baş çəkiblər, şəraitimizlə də maraqlanıblar ki, Umeyri Azərbaycana gətirəndə harada saxlayacağıq. Ölən günümə qədər balamın balası Umeyri göz bəbəyim kimi saxlayacağam”.

Qızının İraqa necə gedib çıxdığını AzVision.az-a danışan Səfayə xanım bildirib ki, İlahə 2014-cü ildən Türkiyədə yaşayırdı. 2015-ci ildə məhz oradan İraqa keçib: “Guya din yolunda universiteti yarımçıq atdı. Yalvardım, ağladım ki, qızım, təhsilini davam elə. Dedi ki, ana, mən Allah yolunda gedirəm.

İlahə ilə axırıncı dəfə avqusutun 2-də danışdım. Dedi ki, ana, hər şey yaxşıdır, narahat olma. Qızım hamilə idi. Sentyabrın 2-də isə ölüm xəbərini alqdıq. Onun uşaqları ilə birgə qaldığı əsir qadınlar düşərgəsinə bomba düşmüşdü. Sonra eşitdik ki, əri Süleyman da qətlə yetirilib. Ən böyük nəvəm Əsmanın dekabr ayında 10 yaşı olacaqdı. Allah heç bir valideynə bunu yaşatmasın. Bu dərd məni bir ana kimi son günə qədər yandırıb-yaxacaq. 

Ölən nəvələrimin adları Əsma, Səlma, Ərvan, Abdulla idi. Abdullah ən balacası idi. O da partlayışda həlak olub. Qızım İlahə ora gedən gündən biz göz yaşı tökürük...”


İkinci qız Səlma 


5 yaşlı Ərva 


1 yaş 9 aylıq Abdulla


3 yaş yarımlıq Umeyirdi. Yalnız Umeyir sağ qalıb. 



3 yaş yarımlıq Umeyir. Hazırda sağdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar