Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

5 tələbənin öldüyü hadisə ilə bağlı faktlar


Mayın 20-də Bakı-Qazax magistralının 112-ci kilometrliyində - Hacıqabul şəhəri yaxınlığında 5 tələbənin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı maraqlı faktlar üzə çıxıb


Lent.az-ın əldə etdiyi məlumata görə, İmişli rayonundan olan gənclər qəzaya düşdükləri "Hyundai Accent" markalı, 99 LD 773 dövlət qeydiyyat nişanlı avtomobili elə həmin gün icarəyə götürübmüş. 

Avtomobil "Elşən - Rent a Car" şirkətinə məxsus olub və 17 yaşlı Əmiraslan Əmiraslanlının adına maşından istifadə ilə bağlı yol kağızı verilib. Lakin yaşı hələ 18 tamam olmamış Əmiraslanın sürücülük vəsiqəsi olmayıb.
 
Hadisəni araşdıran istintaqçılar qəzaya düşən avtomobilin kameralara və radarlara düşüb-düşməməsini də araşdırıb. Məlum olub ki, avtomobil kamera və radarların olduğu yerlərdən qanunun tələb etdiyi sürətlə keçib. Daha sonra isə sürəti artırıblar.
 
 
*****
 
21 may
 
 
Dünən Hacıqabul rayonunda, Bakı-Qazax magistralının 112-ci kilometrliyində baş vermiş dəhşətli qəza ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, 5 gəncin həyatını itirməsi ilə nəticələnən qəzaya düşmüş "Hyundai Accent" həmin şəxslərə məxsus olmayıb. Belə ki, dostlar taksi sürücüsü olan tanışlarından həmin avtomobili bir neçə günlük icarəyə götürüblərmiş. Qəzanın baş vermə anına gəlincə, hadisədən bir neçə saniyə əvvəl 17 yaşlı Əmiraslan Əmiraslanlının idarə etdiyi avtomobil digər bir İmişli sakininin avtomobilini yüksək sürətlə keçib. Həmin maşının sürücüsü deyib ki, "Hyundai Accent" saatda təxminən 150-160 kilometr sürətlə hərəkət edirmiş və ötmə əməliyyatından sonra sürücü idarəetməni itirib. Maşın bir andaca yoldan çıxaraq dərəyə yuvarlanıb.
 
5 nəfərin öldüyü avtomobili idarə etmiş Əmiarslan Əmiraslanın və vəfat etmiş sərnişinlərdən Murad Süleymanlının fotolarını təqdim edirik.
 
 
*****

Dünən Hacıqabul rayonunda baş vermiş dəhşətli qəzada vəfat edən 5 tələbə ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Baklı-Qazax magistralının 112-ci kilometrliyindəki döngədə aşan “Hyundai Accent” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobildə vıfat edən 5 gəncin hamısı İmişli rayon 5 saylı orta məktəbin məzunları olub. Onlar məktəbi 9-cu sinifdən bitirərək Bakıdakı Maliyyə İqtisad Kollecinə daxil olublar. Bakıda bir yerdə qalan dostlar altıncı-bazar günləri dərs olmadığından rayona ailələrinin yanına yola düşməyə qərar veriblər. Lakin Hacıqabul şəhəri yaxınlığında sürətlə hərəkət edən avtomobil döngəyə daxil olarkən idarəetmədən çıxaraq aşıb və 5 gənc hadisə yerindəcə vəfat edib.
 
Qəzada ölənlərdən ikisi xalaoğludur. Onlar əslən rayonun Cəfərli kəndindəndir.
 
Artıq vəfat edən tələbələrin hamısı dəfn edilib.
 
 
 
xxxxx
 
 
20 may

 
Hacıqabul rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində həyatını itirənlərdən hamısının kimliyi məluma olub
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onlar 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.
 
Qəzada həyatını itirənlərin hamısı Maliyyə-İqtisad Kollecinin tələbələri və İmişli rayon sakinləridir.
 
***

Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.  
 
“Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
 
Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar