Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

400 bağça müəllimi etiraz edir, nazirlik isə susur…

Bakıda 400-dən yuxarı bağça müəllimi etiraz aksiyası keçirəcək...

Bir qrup bağça müəlliminin qaynarinfo-ya ünvanladığı məktubda deyilir ki, onları Elm və Təhsil Nazirliyinin qarşısına aparan səbəb əmək haqqlarının kəsilməsidir:

“Bağçalarda acınacaqlı vəziyyət yaranıb, iki aydır bütün müəllimlərin əmək haqqları kəsilib. 400-dən çox bağça müəllimlərindən ibarət qrup yaratmışıq. Bu qrupda bütün bölgələrdən müəllimlər bir-birinin problemini eşidə və müzakirə edə bilir. Qeyri-ixtisaslı müəllimlərin işdən kənarlaşdırılması absurddur. Bizim ən azı 15-20 il iş təcrübəmiz var. Hətta elə müəllim var ki, 30 ildir işləyir, uşaqların və valideynlərin sevimlisidir. İndi biz qeyri-ixtisaslı olduğumuz üçün iki aydır ki, maaşlarımızı kəsiblər, hamımızı 14-cü dərəcədən 10-cu dərəcəyə endiriblər. Bu, yolverilməzdir və qanunsuzdur”.

Məktubda daha sonra qeyd edilir ki, narazılıqlar barədə Elm və Təhsil Nazirliyinə məlumat veriblər, lakin onlara heç bir rəsmi cavab verilmir:

“Amma mühasibatlıqdan deyirlər ki, onlara belə göstəriş gəlib. Bütün müəllimlərin maaşları 76-100 manat arasında kəsilib. Maaşları kəsilən müəllimlər belə qərara gəlmişik ki, Elm və Təhsil Nazirliyinin qarşısına yığışaq, aksiya keçirək və şikayətimizi nazirə çatdıraq. Biz geri çəkilmək fikrində deyilik. Hüquqlarımızı qoruyacağıq. Maaşlarımızın kəsilməsi qanunsuzdur. 100 manat az pul deyil, ailəmizin bir probleminin həllidir. İşə həvəsimiz ölüb, bilmirik nə edək, nə uşağa yaxın dura bilirik, nə evimizdə dinclik tapırıq. Bizi gör nə vəziyyətə salıblar?! İşə piyada gedirik ki, yola verdiyimiz pulu evimizə çörək alaq, bunlar da 70-100 manatımız kəsirlər. Bu pul mənim dərmanımın aylıq puludur, 30 gün səhər tezdən işə gedirəm, hər uşağın nazı ilə oynayıram, axı o pulu niyə kəsirsiniz? İndi maaşımız kəsirlər, gələn aydan da bizi işdən çıxara bilərlər. Bu boyda müəllim ordusunu işdən çıxartmaq olar? Günahım nədir? Evimizdə xəstələrimiz var. İşimizin öhdəsində yüksək səviyyədə gəlirik”.(aztoday)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Ən çox oxunanalar