Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

30 ildir davam edən korrupsiya və maliyyə maxinasiyaları... - AHİK-də islahatlar nə zaman olacaq?..

Azərbaycan Həmkərlar İttifaqı Konfederasiyası Səttar Möhbalıyevin ailə biznesi olmaqdan nə vaxt azad olacaq və hansı qüvvə AHİK-də islahatların keçirilməsinə mane olur?..

Səttar Möhbalıyev 1993-cü ildə Azərbaycan Həmkərlar İttifaqı Konfederasiyasına sədr seçilib və 30 il müddətində Həmkarlar Konfederasiyasının 5 qurultayında birmənalı olaraq dəstəklənərək Azərbaycanın Həmkarlar təşkilatlarına rəhbərlik edir. Həmçinin Səttar Mehbalıyev 2000-ci idən bu günə qədər 23 il müddətində Milli Məclisin deputatı olaraq da fəaliyyət göstərir. Bəs onun onun 30 illik AHİK-ə sədrlik, 23 illik deputat fəaliyyəti nəylə yadda qalıb?

Əslində bu sualın cavabı üçün Azərbaycan Həmkərlar İttifaqı Konfederasiyasının indiki vəziyyətinə baxmaq kifayətdir və bütün məsələ ondadır ki, AHİK o qədər acınaqlı vəziyyətdədir ki, bu qurumun fəaliyyətinə baxmaq belə ürək ağrıdır.

30 il müddətində Səttar Möhbalıyevin rəhbərlik etdiyi Həmkarlar İttifaqında işçilərin və çalışanların hüquqlarının müdafiəsindən başqa hər cür işlərlə məşğul olublar. İşçilərin üzvlük haqqını sadəcə mənimsəyən yerli Həmkarlar İttifaqları isə bəzən işverənlərin cəza mexanizmi kimi çıxış edib.

Bəs hər il on milyonlarla vəsaitin toplandığı qurumlarda pullar hara xərclənir? Əgər yerli mətbuatda yayılan və hüquqi qaydada təkzib olunmayan çox saylı media məlumatlarına əsaslanarsaq, əminliklə demək olar ki, bu milyonlar Səttar Möhbalıyevin və ətrafının ailə bizneslərinə yönəlib. Əvəzində isə hüquqları pozulan işçilər Həmkarlardan ancaq ədalətsizlik görüblər.

30 il müddətində Səttar Möhbalıyevin və onun rəhbərlik etdiyi çox saylı həmkarlar təşkilatlarının hüquqları pozulan işçilərin müdafiəsinə qalxdığını kimsə görübmü? Sanki Azərbaycanda işçi haqqları o qədər mükəmməl şəkildə qorunur ki, 30 il müddətində xalqın pulunu yeyib, əllərinin yağlarını saçlarına çəkən həmkarlar təşkilatlarının patronları üçün hansısa haqsızlığın qarşısına keçmək kimi bir zərurət olmayıb.

Səttar Möhbalıyevin şəxsi mülkləri kimi çalışdırdığı və əsas korrupsiya qaynaqlarından biri olan sanatoriyaların vəziyyətindən isə danışmağa dəyməz. Təkcə “Möcüzəli Naftalan” sanatoriyasında bir qrup şəhid ailəsi və qazinin üzləşdiyi rəzalətlə bağlı 2021-ci ildə mətbuatda yayılan bir məlumatı xatırlamaq yetərlidir. Məlumatda bildirilirdi ki, 10 gün nəzərdə tutulan “putyovka” şəhid ailələri və qazilər üçün istirahət yox, əsl cəhənnəm “bileti” olub. Şəhid ailələri və qazilər sanatoriyada qeyri-insani müansibətlə üzləşirlər.

Bu şikayətin yayılmasından sonra AQTA “Möcüzəli Naftalan” sanatoriyasına baxış keçirib və sözün gerçək mənasında dəhşətli mənzərə ilə üzləşmişdi. Həmin zaman AQTA-nın açıqlamasında bildirilirdi ki, “müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib, eyni zamanda qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu prinsipinə əməl olunmadığı, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən ət və ət məhsulları, süd və süd məhsulları, istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb”.

Bəs ötən iki il müddətində Səttar Möhbalıyevin “sanatoriyalarında” nəsə dəyişibmi? Və sıradan bir işçi bu sanatoriyalara yol tapa bilirmi?

Maraq doğuran məsələ isə başqadır. Son beş ildə Azərbaycan prezidenti İlham Əliyev davamlı olaraq ölkənin simasını dəyişdirən islahatlar həyata keçirir və bu islahatlar hələ də davam edir. Günün sualı isə ondan ibarətdir ki, Azərbaycan Həmkərlar təşkilatlarında hansı səbədən islahatlar aparılmır?

30 il müddətində Azərbaycanın dövlət və özəl sektorunda çalışan insanların haqqlarının müdafiəsinə Həmkarlar İttifaqları adına bir dəfə də olsun qalxmayan Səttar Möhbalıyev və ətrafı nə zaman özlərini yapışdırdıqları kreslolardan kənara atılacaqlar və onları daha gənc və doğrudan Həmkarlar İttifaqı təşkilatlarının mahiyyətinə uyğun çalışan kadrlarla kadrlar əvəz edəcək?

Azərbaycan Həmkərlar İttifaqı Konfederasiyası çoxdan islahatlara məruz qalaraq dəyişməliydi. Çünki Azərbaycanda yaşayan və çalışan hər bir kəsin buna ehtiyacı var. Bəs AHİK-də bu islahatların keçirilməsini kim əngəlləyir?..

Mövzunu davam etdirəcəyik...

P. S. Bu yazıda Səttar Möhbalıyevin 23 illk deputat fəaliyyətinə toxunmadıq. Çünki 23 illkik bu fəaliyyətdə toxunulacaq heç bir şey yoxdur...

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar