Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

30 ildən sonra qalıqları tapılan hərbçimizin oğlu: “Anamın ağlamaqdan gözləri tutulub” - Foto

1993-cü ildə itkin düşən Əsəd Məmməd oğlu Məmmədovun qalıqları 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. Onun qalıqları Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanıb...

Əsəd Məmmədov 1966-cı ildə Ağstafa rayonunun Eynallı kəndində anadan olub. O, 1993-cü ilin avqust ayında Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşüb.

Qalıqları tapılan şəhid hərbçimiz Əsəd Məmmədovun oğlu Mehman Məmmədov Modern.az-a danışıb:

O, atasının qalıqlarının tapılması barədə xəbəri televiziyadan eşitdiyini bildirib:
“30 ildir ürəyimiz daş kimi idi. Xəbəri ilk televiziyadan öyrəndik, sonra zəng edib məlumat verdilər. Əlim, ayağım əsirdi...”

Mehman Məmmədov atasız keçən illərin ailələri üçün çətin olduğunu vurğulayıb.

“Anamın ağlamaqdan gözləri tutulub. Qoca nənəmiz var, oğul dərdindən, ağlamaqdan onun da gözləri görmür. Xalası da xəbəri eşidəndən sonra ürəyi dayandı, öldü. Biz 30 ildir atasız, yara ilə böyümüşük. Ata deyiləndə mən qaçıram. Boynubükük böyümüşük biz”, - deyə Mehman Məmmədov qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar