Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2024-cü ildə Cənubi Qafqazda Qərb-Rusiya geosiyasi qarşıdurması daha da böyüyəcəkmi?

Ötən il Cənubi Qafqazda Qərb-Rusiya qarşıdurması regionun əsas təhlükəsizlik probleminə çevrildi...

Siyasi-şərhçi: “ Cənubi Qafqazda konfiqurasiyaya baxanda görürük ki, xarici siyasət prioritetlərində Gürcüstanda hər hansısa bir dəyişiklik baş verməyib. Azərbaycanda da həmçinin xarici siyasətdə dəyişiklik yoxdur. Lakin ötən il bu dəyişilik ciddi şəkildə Ermənistanda müşahidə olunub”.

“Cənubi Qafqazda Qərb-Rusiya geosiyasi qarşıdurması üçün ocaq yaradan ölkə Ermənistandır. Bu halda isə təbii ki, Qərb daha dərin bir şəkildə Cənubi Qafqazda yerləşmək üçün Ermənistandan maksimum istifadə etməyə çalışır”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov bu il Cənubi Qafqazın geosiyasi vəziyyətini Poliqon-a şərh edərkən qeyd edib.

Ötən il Cənubi Qafqazda Qərb-Rusiya qarşıdurması regionun əsas təhlükəsizlik probleminə çevrildi. ABŞ və Fransanın Ermənistanda mövqelərini gücləndirməsi eyni zamanda Azərbaycan-Ermənistan sülh prosesinə də ciddi təsir göstərdi.

Bu fonda 2024-ci ildə Cənubi Qafqazın sabitlik və təhlükəsizlik məsələlərini necə dəyərləndirmək olar? Cənubi Qafqazda bu il geosiyasi qarşıdurma daha da böyüyəcəkmi və bu qarşıdurma regiona necə təsir edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Biz Qərb-Rusiya münaqişəsinin qarşısını ala bilmərik. Lakin 2024-cü ildə Cənubi Qafqaz ölkələri öz regionlarını bu münaqişənin mübarizə meydanına çevrilməməsi üçün birgə addımlar ata bilərlər”.

Azərbaycanın bütün ölkələrlə əməkdaşlıq etməyə hazır olduğunu xatırladan ekspert Poliqon-a açıqlamasında vurğulayıb ki, Azərbaycan tərəfi sülh sazişinin iki tərəfli və hər hansısa bir qaranti ölkə olmadan həyata keçirilməsini israr edir:

“Doğrudan da 2023-cü ildə biz Qərb-Rusiya qarşıdurmasının Cənubi Qafqazda səviyyəsinin artmasını müşahidə etdik. Yəni, Cənubi Qafqazda konfiqurasiyaya baxanda görürük ki, xarici siyasət prioritetlərində Gürcüstanda hər hansısa bir dəyişiklik baş verməyib. Azərbaycanda da həmçinin xarici siyasətdə dəyişiklik yoxdur. Lakin ötən il bu dəyişilik ciddi şəkildə Ermənistanda müşahidə olunub. Ötən il Rusiyanın ən çox təmsil olunduğu Ermənistanda Qərbin təmsilçiliyi hiss olunacaq dərəcədə artıb və bu vəziyyətin doğurduğu narahatlıq dəfələrlə Rusiya rəsmilərinin bəyanatlarında yer alıb. Lakin artıq bu bir faktdır ki, İrəvan öz xarici siyasətində ciddi dəyiliklik edib və Rusiyanın iradlarına baxmayaraq, Ermənistan höküməti yeni xarici siyasəti ardıcıl şəkildə dəstəkləyir. Məsələ ondadır ki, Ermənistan əhalisinin hiss olunacaq çoxluğu da Paşinyanın yeni xarici siyasət kursunu dəstəkləyir və bu da Ermənistan hakimiyyətində xarici siyasəti dəyişmək üçün münbit şərait yaradır.

Yəni Cənubi Qafqazda Qərb-Rusiya geosiyasi qarşıdurması üçün ocaq yaradan ölkə Ermənistandır. Bu halda isə təbii ki, Qərb daha dərin bir şəkildə Cənubi Qafqazda yerləşmək üçün Ermənistandan maksimum istifadə etməyə çalışır. Ermənistan regiona yeni aktorlar cəlb edir ki, bu da Cənubi Qafqaz ölkələrində, istərsə də regionda əvvəldən olan qonşu dövlətlərdə narahatlıq yaradır. Bu baxımdan məhz Ermənistan Cənubi Qafqazdakı təhlükənin səviyyəsini artırır.

Digər tərəfdən, Ermənistan-Azərbaycan münasibətlərində İrəvanın israr etdiyi Qərb vasitəçiliyi və yaxud da yenə də Ermənistan tərəfinin israr etdiyi Ermənistan-Azərbaycan arasında olan sülh sazişində qarant ölkələr mexanizmi bu geosiyasi mübarizə üçün bir məkan formalaşdırıb. Belə olan halda, Ermənistan bir ölkə olaraq özü bu mexanizmləri ortaya ataraq imkan yaradır ki, digər ölkələr Cənubi Qafqaz regionunda öz maraqlarını reallaşdırsınlar.

Fərhad Məmmədov: “Azərbaycan, birbaşa qonşu olsalar da, daha uzaq olsalar da, xarici qüvvələrin Ermənistanla münasibətlərinə qarışmasının qarşısını almaq istəyir”.

Fikir verin ki, İranın regionda fəallaşması da artıq 3+3 formatı üzərində baş verir və Tehran açıq şəkuldə kənar aktorların regiona gəlməsinə qarşı çıxır. İran rəsmiləri bu narahatlıqlarını dəflərlə Ermənistan rəhbərliyinə çatdırıblar və bu xəbərdarlıq ictimai xarakterli olub. 3+3 formatı isə Azərbaycanla Ermənistan arasında qarant ölkələrin məhz Rusiya, Türkiyə və İran olmasını nəzərdə tutur. Bu baxımdan da Ermənistan regionda oyunpozan tərəf kimi çıxış edir.

Azərbaycan tərəfi isə sülh sazişinin iki tərəfli və hər hansısa bir qarant ölkə olmadan həyata keçirilməsində israr edir. Yəni, Azərbaycan bütün ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Lakin Ermənistanla olan münasibətlərdə Azərbaycan xarici müdaxilələrə qarşıdır. Ümumiyyətlə Azərbaycan, birbaşa qonşu olsalar da, daha uzaq olsalar da, xarici qüvvələrin Ermənistanla münasibətlərinə qarışmasının qarşısını almaq istəyir.

İlin sonunda AzərbaycanErmənistan liderlərinin Administrasiyası tərəfindən çıxan birgə bəyanat belə bir ümid yaradıb ki, bu iki ölkə arasında vasitəçisiz də danışıqlar aparıla nəticə əldə oluna bilər. Hər şey əslində tərəflərin nə qədər səmimi şəkildə sülh istəməsindən asılıdır. Əgər tərəflər səmimi şəkildə sülh istəyirlərsə, o zaman vasitəçiyədə ehtiyac yoxdur. Dekabrda əldə olunan nəticə onu deməyə əsas verir ki, gələcəkdə də məhz vasitəçi olmadan, yəni kənar qüvvələrin mübarizə meydanına çevrilməmək şərti ilə ikitərəfli qaydada irəli gedə bilərik. Lakin Qərb tərəfi israrla vasitəçi olmaq istəyir. Çünki bu vasitəçilik onlara Cənubi Qafqazda təməlli şəkildə yerləşmək imkanı verir.

Biz Qərb-Rusiya münaqişəsinin qarşısını ala bilmərik. Lakin 2024-cü ildə region ölkələri Cənubi Qafqazı bu münaqişənin mübarizə meydanına çevrilməməsi üçün birgə addımlar ata bilərlər və bu məsələdə Ermənistandan çox şey asılıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar