Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1967-ci ildə SSRİ-nin gələcək nəslinə yazılmış qapalı məktub açıldı


“Bilirik ki, Marsa enmisiniz, kommunizmdə yaşayırsınız”


Novosibirskdə 1967-ci ildə basdırlımış kapsulanı açıblar.

Strateq.az bildirir ki, 50 il əvvəl divara hörülmüş bu kapsula  4 noyabr 1967-ci ildə Novosibirskin Oktyabr rayonunun deputatlar sovetinin və rayon partiya komitəsinin təntənəli iclasında hazırlanıb. Həmin il SSRİ-də Böyük Oktyabr Sosialist İnqilabının 50 illiyi qeyd olunurdu.   Üstündən 50 il ötəndən sonra rayon sakinləri həmin kapsulanı açıblar. Mədəniyyə Evində baş tutan açılış mərasimində yerli deputatlar və şəhər meri Anatoli Lokot iştirak edib.

Kapsula 3 səhifədən ibarət olub. Onun müəllifləri yaşadıqları zamanda rayonun hansı vəziyyətdə olmasını qeyd ediblər və 2017-ci ili necə təsəvvür etdiklərini vurğulayıblar.

“Əziz törəmələrimiz, bu gün sizin üçün qeyri-adi gündür- Sovet hakimiyyətinin 100 yaşını qeyd edirsiniz. Biz sizi səmimi qəlbdən təbrik edirik.  Biz bilirik ki, zəmanəmiz çox maraqlıdır, amma sizin zəmanəniz daha maraqlı olacaq. Biz kommunizmi qrururuq, siz kommunizmdə yaşayırsınız. Biz inanırıq ki, siz bizim əziz Yer kürəsini çox gözəl abadlaşdırmısınız, Ayı fəth etmisiniz, Marsa getmisiniz. Kosmosu fəth etməkdə davam edirsiniz. Gəmiləriniz çoxdandır ki Qalaktikada süzürlər.

Biz əminik ki, siz digər kosmik sivilizasiyaların nümayəndələri ilə əməkdaşlıq qurmusunuz. Biz inanırıq ki, 50 il əvvəl atalarımızın başladığı işi siz qalibiyyətlə başa çatdıracaqsınız.

Əziz törəmələrimiz, sizə xoşbəxtlik arzulayırıq” –deyə müraciətdə deyilir.

Qeyd edək ki, SSRİ 1991-ci il dekbarın 25 –də rəsmən suqut edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

Tacikistan və Özbəkistan arasında ümumi sərhədin demarkasiyası müzakirə olunub

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ən çox oxunanalar