Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

191 naməlum şəhid məzarından doqquzu boş çıxıb

“İtkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Komissiyasının qarşısında mühüm vəzifələr müəyyən edib. Bu istiqamətdə son illərdə keçirilmiş yüksək səviyyəli görüşlərdə və müxtəlif platformalarda dəfələrlə qaldırılmasına və müzakirə edilməsinə baxmayaraq, Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etmir”.

“Report”un xəbərinə görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Komissiyanın katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, itkin düşmüş şəxslər barədə əsas məlumatlar məhz Ermənistan tərəfdədir:

“Misal üçün diqqətinizə çatdırım ki, ötən ilin dekabr ayında Ermənistan Parlamentinin deputatı, Ermənistan müdafiə nazirinin keçmiş müavini general-leytenant Qagik Melkonyan Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə 1994-cü ildə Azərbaycan Ordusunun həlak olaraq döyüş meydanında qalmış yüzlərlə hərbi qulluqçusunun dəfn yerini bildiyini ifadə edib. Bununla bağlı beynəlxalq təşkilatların vasitəsi ilə verdiyimiz rəsmi sorğulara isə Ermənistan tərəfi cavab verməyib”.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra yaranmış yeni situasiyada I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı aşağıdakı istiqamətlər üzrə tədbirlər həyata keçirilib:

“Birincisi, üçtərəfli Bəyanatdan sonra hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazidən 2021-ci ilin fevral ayının 12-dən cari ilin aprel ayının 25-dək 67 meyit kisəsində 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqları təhvil verilib. Bu istiqamət üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən 53 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib.

İkincisi, 2021-ci ilin fevral ayının 17-dən cari ilin aprel ayının 3-dək işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, FüzuliZəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb. Aşkar edilmiş meyit qalıqları üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən 45 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib.

Üçüncüsü, I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib (doqquz məzar boş çıxıb, bir məzarda isə iki nəfərə aid meyit qalıqları aşkar edilib). Bu istiqamət üzrə 184 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib.

Göstərilən üç istiqamət üzrə ümumilikdə 282 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib və götürülmüş nümunələr Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin laboratoriyasına təqdim edilib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Ən çox oxunanalar