Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

13 il əvvəl törədilmiş qətlin üstü açılıb

13 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb...

Poliqon xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili işlər Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, ötən illərdən bağlı qalmış cinayətlərin açılması, cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması məqsədilə mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən birgə tədbirlər həyata keçirilir.

Baş ProkurorluqDaxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində uzun illər bağlı qalmış daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Belə ki, 16 fevral 2010-cu il tarixdə Şəmkir rayonunun Mahmudlu kəndindən Yeniabad kəndi istiqamətinə gedən torpaq yolda “Daewoo Nexia“ markalı avtomobilin sükanı arxasında 1953-cü il təvəllüdlü rayonun Yeniabad kənd sakini Həsənov Məhərrəm Kamil oğlunun baş və bədən nahiyəsində çoxsaylı xəsarətlər olan meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılsa da, cinayəti törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmiş və həyata keçirilmiş kompleks istintaq və əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonunun Yeniabad kənd sakini Vəliyev Turab Malik oğlunun 15 fevral 2010-cu il tarixdə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovun idarə etdiyi avtomobillə Gəncə şəhərinə getməsi, bir neçə saat sonra yaşadıqları kəndə birlikdə qayıdarkən göstərdiyi taksi xidməti müqabilində ona ödəniş etməyəcəyini bildirməsi, həmin vaxt aralarında baş vermiş mübahisə zamanı avtomobilin içərisində Məhərrəm Həsənova deşici-kəsici alətlə çoxsaylı zərbələr endirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Turab Vəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar