Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Xüsusi Təyinatlılardan az iş görməmişəm..." - Dilqəm Əsgərov

“Bir neçə gün bundan qabaq telejurnalist Mübariz Əsgərov mənə zəng vurub dedi ki, göstəriş verilib Şuşa türməsində sənin haqqında çəkiliş aparılmalıdır. Mən də işimi-gücümü atdım, yollarda 150 manatdan çox pulum getdi və Şuşa türməsinə getdik”.

PİA.az xəbər verir ki, bunu erməni girovluğunda olmazın işgəncələrinə məruz qalan Kəlbəcər sakini Dilqəm Əsgərov deyib. D.Əsgərov onun haqqında çəkilən süjetin filmdən çıxarılmasına görə təəssüflənib:

“Çəkilişdən sonra danışığımız belə oldu ki, Zəfər Bayramı günü filmin təqdimatı keçiriləcək və mənim haqqımda olan süjet də orda veriləcək. Dünən mənə zəng vurdular ki, Bakıya təqdimata gəlin. Mən də rayonda xəstəxanada yatırdım. Durub yola düşdüm və Kürdəmiri keçəndə Mübariz müəllim zəng vurub dedi ki, “filmdən sənin haqqında çəkilən süjet çıxarıldı, buna icazə verilmədi və ona görə də qayıt get geri”. Bu da mənə çox pis təsir etdi.

Mən indi soruşuram ki, nəyə görə bunu belə etdilər, məqsəd nədir?! Altı il yeddi ay mən Şuşa türməsində zəncirdə yatmışam, amma Mübariz Əsgərova əmr verənlər dollar sayıb, rüşvətxoruluqla məşğul olublar. Eybəcərəm? Atam, yoxsa anam ermənidir? Mən otuz ildir ki, döyüşürəm. Hamısı mənim kim olduğumu bilirlər. Mən Xüsusi Təyinatlılardan az iş görməmişəm. Amma çox təəssüflər olsun ki, filmdən mənim haqqımda olan yeri çıxartdırıblar”. (Moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ən çox oxunanalar