Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib - Fotolar

Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib...

"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək"İctimai Birliyin təşəbbüsü və vətənpərvər, xeyriyyəçi iş adamı Rəşad Mahmudovun böyük dəstəyi ilə "UNUTMADIQ, UNUTMARIQ" adlı tədbir keçirilib.

PİA.az xəbər verir ki, tədbirin təşkil olunmasında əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə canını vətən uğrunda qurban verən şəhidlərin ailələri və sağlamlığının bir qismini itirən qazilərlə görüşmək, onlara mənəvi dəstək göstərmək idi.

Tədbirdə iş adamları, ziyalılar, QHT rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və media nümayəndələri iştirak ediblər.

Tədbirin başlanğıcında Azərbaycan və Türkiyə bayraqları təşkilatçılar və qazilərin müşayiətilə meydana gəlib. Azərbaycan respublikasının dövlət himni oxunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə iş adamı və xeyriyyəçi Rəşad Mahmudov, "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək"İctimai Birliyin sədri Yasəmən xanım Qəyyumlu, şəhid ataları, şəhid anaları, ziyalılar çıxış edərək 44 günlük Vətən müharibəsində baş verənlərdən və Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, igid oğullarımızın ölməz qəhrəmanlığından danışıblar.
Birlik sədri Yasəmən xanım Qəyyumlu çıxışında vurğulayıb ki, çiçəklənən və müstəqil Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyevin mirası olan suveren və azad Azərbaycan dövlətini layiqincə idarə edən, " nəyi nə vaxt və necə etmək lazımdır" prinsipinə söykənən cənab Prezident İlham Əliyevin xalq , dövlət qarşısında misilsiz xidmətlərindən danışıb. Və hər kəsi prezidentin ətrafında sıx birləşməyə çağırıb.

Şəhidlərin şərəfinə açılan ehsan süfrəsi arxasında hər kəs şəhidlərin ruhuna dualar oxuyub, qazilərə can sağlığı arzulayıblar.

Sonda tədbirin əsas simvolu şəhidlərimizin şəkli əsl olunan tablo qarşısında hər kəs xatirə şəkli çəkdirib.

Xeyriyyəçi iş adamı, tədbirin maddi dəstəkçisi Rəşad Mahmudov Birlik sədri Yasəmən xanım Qəyyumlu tərəfindən təşkilati adından Fəxri Diplomla təltif olunub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay