Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Türkiyə haqq mücadiləsində sonuna qədər Azərbaycanın yanında olacaq" - Erkan Özoral

"Türkiyə bütün imkanları ilə bu haqq mücadiləsində sonuna qədər Azərbaycanın yanında olacaq".

PİA.az-ın xəbərinə görə, bunu diplomatik korpus nümayəndələrinin Gəncəyə səfəri zamanı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

"Bu günlərdə Azərbaycan öz torpaqlarını azad etmək üçün beynəlxalq hüquqa, müharibə hüququna, əsgəri hüquqa, humanitar hüquqa uyğun bir şəkildə son dərəcə legitim bir mücadilə aparır. Bu gün Azərbaycan ordusunun əldə etdiyi zəfərlərlə, azad etdiyi şəhərlərlə bizlər də qurur duyuruq. Fəqət qarşımızda çox təəssüf ki, insanlıqdan nəsibini almamış, xain, təcavüzkar bir qrup var. Əlbəttə ki, onlara da lazımi dərslər veriləcək. Ancaq bu müharibədə şübhəsiz ki, Gəncənin ayrı bir tarixi olacaq. Bu müharibənin tarixi yazılarkən Gəncənin və digər Azərbaycan şəhərlərinin məruz qaldığı hücumlar barəsində ayrı bir səhifə yazılacaq. Bu günə qədər verdiyimiz şəhidlərimizin bu səhifədə xüsusi bir yeri olacaq. Mən bütün şəhidlərimiz üçün, Gəncədə, Tərtərdə, Bərdədə, Ağdamda Goranboyda xaincə, alçaq bir şəkildə hücumların qurbanı olan qardaşlarımız üçün bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılarımıza şəfalar diləyirəm. Qeyd etmək istəyirəm ki, Türkiyə bütün imkanları ilə bu haqq mücadiləsində sonuna qədər Azərbaycanın yanında olacaq", - deyə türkiyəli diplomat bildirib.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar