Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Titanik"in yeni görüntüləri çəkildi - Video

"Titanik"in yeni görüntüləri...

"OceanGate Expeditions" şirkəti məşhur "Titanik"in batması ilə bağlı 8K təsvir ölçülü ilk videonu yayımlayıb.

PİA.az axşam.az-a istinadən xəbər verir ki, 60 saniyəlik videoda əvvəllər heç yerdə olmayan görüntülər yer alıb. Şirkətin eksperti və dalğıc Rori Qolden deyir ki, o, onilliklər ərzində qəzanı araşdırıb, bir neçə dəfə dalış edib, lakin bu inanılmaz dərəcədə detallı şəkilləri əldə edə bilməyib.

Qolden deyir ki, illər sonra əvvəllər öyrənə bilmədiyi yeni bir şey kəşf edib:

"Heyrətamizdir. İndiyənə kimi texnologiya buna imkan vermirdi".

Beləliklə, indi insanlar gəminin məşhur burnunu, liman lövbərini, bir nömrəli gövdəsini, nəhəng lövbər zəncirini, bir nömrəli yük bölməsini və nəhəng tunc qüllələri görə bilər. Kamera həmçinin parçalanmanın təsirli sübutlarını da çəkib. Görülüb ki, "Titanik"in relsinin bir hissəsi dağılıb və gəmidən düşüb. Golden deyir ki, bu video sayəsində o, hətta lövbər istehsalçısının adını da görə bilib - Noah Hingley & Sons Ltd.

Xatırladaq ki, "Titanik" 1912-ci il aprelin 15-də səhər tezdən İngiltərənin Sauthempton şəhərindən Nyu-Yorka ilk səyahəti zamanı aysberqlə toqquşaraq batıb. Bu sərnişin layneri o dövrün standartlarına görə batmaz və ən böyük, ən dəbdəbəli sayılırdı.

"Titanik"də təxminən 2200 nəfər - milyonçular, immiqrantlar, 13 yeni evlənən cütlük və səkkiz nəfərdən ibarət qrup minib. Nəticədə 712 nəfər xilas edilib, qalanları suda boğulub və ya donub.

pia.az 


Etiket: Titanik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar