Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telman İsmayılovun “Tropikano“ biznes-mərkəzinə məhkəmə qadağası


Moskva Arbitraj Məhkəməsi Rusiya reyestr xidmətinə əvvəllər “Tropikano” biznes-klubu” şirkətinə məxsus olmuş bina ilə bağlı hər hansı qeydiyyat işlərinin aparılmasını qadağan edib


PİA.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, bu şirkət Telman İsmayılovun AST şirkətlər qrupuna daxildir.

Bununla da, məhkəmə İsmayılovun şirkətinin müflisləşməsi ilə əlaqədar “Tropikano biznes-klubu” şirkətinin müsabiqə idarəedicisi Yevgeni Pimenovun müvafiq ərizəsini təmin edib. Məhkəmə həmçinin “Yeni idarəetmə texnologiyaları” səhmdar cəmiyyətinə sahəsi 6 min kvadrat metrdən artıq olan biznes-mərkəzin binası üzrə istənilən hərəkəti qadağan edib.

Müsabiqə idarəedicisinin nümayəndəsi məhkəmədə bildirib ki, borcluya məxsus olan bina 2013-cü ildə “Yeni idarəetmə texnologiyaları” səhmdar cəmiyyətinin nəzarəti altında olan investisiya fondunda paya dəyişdirilib. Bu sövdələşmə özü də hazırda məhkəmədə mübahisə obyektidir, belə ki, iddiaçının fikrincə, bu zaman hüquqlardan sui-istifadə olunub və həmin sövdələşmə aktivlərin çıxarılması məqsədini daşıyıb. İddiaçının sözlərinə görə, hazırda borclunun nə 1 milyard rubl dəyəri olan binası, nə də investisiya fondunda payı yoxdur.

Qeyd edək ki, “Tropikano biznes-klubu” şirkətinin müflisləşməsi ilə bağlı işin təşəbbüskarı VTB qrupuna daxil olan “BM-Bank”dır. Borclunun bank qarşısında 19,2 milyard rublluq öhdəliyi var ki, bunun da 10,5 milyard rublu əsas borc məbləğidir.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar