Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Son zəng" yaxınlaşır: DİN valideynlərə müraciət etdi    

İyunun 14-də respublikanın bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçiriləcək...

Aidiyyəti qurumlar artıq bununla bağlı tədbirlər planı hazırlayıblar.

Kütləvi tədbirlərin keçiriləcəyi gün ən vacib məsələlərdən biri də ictimai asayişin qorunması məsələsidir. Bu səbəbdən "Son zəng" günü Daxili İşlər Nazirliyi (DİN) tərəfindən hansı tədbirlərin keçiriləcəyi ilə bağlı quruma sorğu ünvanladıq.

DİN-in Mətbuat Xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, "Son zəng" tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcək:

"Tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub.

Avtomobil yollarında hərəkətin təhlükəsizliyi Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcək.

Bütün məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər"

"Son zəng" günü ən böyük problemlərdən biri də valideynlərin sürücülük hüququ olmayan övladlarına sükan həvalə etmələridir. Bunun qarşısının alınması üçün hansı tədbirlərin görüləcəyi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sual ünvanladıq.

İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hər il olduğu kimi bu il də "Son zəng" tədbiri ilə əlaqədar bütün təhsil müəssisələrinin ətrafında yol polisi tərəfindən gücləndirilmiş rejimdə xidmət aparılacaq:

"Baş Dövlət Yol polisi İdarəsi olaraq bildirmək istəyirik ki, ötən illərdə "Son zəng" günü müxtəlif formalarda xoşagəlməz hadisələrin baş verdiyinin şahidi olmuşuq.

Təəssüf hissi ilə bildiririk ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi valideynlər "Son zəng" günü övladlarına avtomobil həvalə edirlər ki, bu da nəticədə müxtəlif qəzaların və bədbəxt hadisələrin baş verməsinə səbəb olur.

Bu cür xoşagəlməz hadisələrin olmaması üçün bir daha valideynlərə müraciət edirik ki, sürücülük hüququ olmayan şəxslərə sükanı həvalə etməsinlər. Qəzaların və bədbəxt hadisələrin baş verməməsi üçün bu əməldən çəkinsinlər.

Eyni zamanda "Son zəng" tədbiri ilə əlaqədar bütün təhsil müəssisələrinin ətrafında yol polisi tərəfindən gücləndirilmiş formada xidmət aparılacaq və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb

"Kurtlar vadisi"nin məşhur aktyoru Xumar Qədimovanın klipində - Video

Azərbaycan və Tacikistan arasında elmi və tədqiqat əlaqələri yaradılacaq

BMT-nin baş katibi BRICS sammitində iştirak edəcək

Ən çox oxunanalar