Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rusiya XİN çexləri Donbasa döyüşə cəlb edir" - Praqa ittiham edir

Aprelin 21-də Çexiyada 5 nəfər ölkə vətəndaşı həbs olunub. Onlar "Donbass Xalq Respublikası"nda (DXR) və "Luqansk Xalq Respublikası"nda (LXR) döyüşüblər və bu qondarma qurumlara kömək ediblər.

Çexlərin Donbasa «cəlb edilməsi» üzrə şəbəkənin təşkilində rəsmi Praqa bu ərəfədə ölkədən deportasiya edilmiş rusiyalı diplomatları günahlandırır.

"DXR" və "LXR" potensial tərəfdarlarının axtarışı və həbsi çərşənbə günü axşam başlanıb və gecə yarısına qədər davam edib. Xüsusi əməliyyat Çexiya Respublikasının bütün ərazisində həyata keçirilib.

«Polis saxlanılanları onda günahlandırır ki, onlar döyüşmək üçün Ukraynaya gediblər və rusiyayönlü separatçıların tərəfində vuruşublar və ya belə səfərləri təşkil ediblər. Həm də mümkündür ki, onlar deportasiya olunmuş rusiyalı diplomatlarla - faktiki olaraq, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin əməkdaşları ilə təmasda olublar» - Çexiyanın «Respekt» nəşri Praqa Ali Prokurorluğundan sitat gətirir.

«İstintaq hərəkətləri Rusiya-Ukrayna sərhədində vəziyyətin kəskinləşdiyi dövrdə aparlır. Ora Rusiya ordusu girib və NATO Moskvanın hücumundan ehtiyat edir. Bundan əvvəl Rusiya belə niyyəti olduğunu inkar edib» - «Respekt» yazır.

2020-ci ilin dekabrında Çexiya vətəndaşı terrorçuluğa və muzdlu fəaliyyətə görə 15 il həbs cəzası alıb və etiraf edib ki, 2014-cü ilin mayında döyüşmək üçün "DXR"-a gedib və «xalq respublikası»nın mükafatını alıb. Ötən ilin sonunda dəstə təşkilində iştirakına görə "DXR" üsyançısı Pavel Kafka - çex mənşəli rusofil, Çeske Budeevitse şəhərinin sakini 3 il həbs cəzası alıb.

2020-ci ildə "DXR" və "LXR" «vətənpərvəri», Çexiya ordusundan tərxis olunmuş Erik Eştu cəzalandırılıb. O, əvvəlcə terrorçuluqda günahlandırılıb, amma son nəticədə məhkəmə onu yalnız xarici silahlı qüvvələrdə icazəsiz xidmət göstərməkdə günahlandırıb və şərti cəza kəsib. Rəsmi Praqa "DXR" və "LXR" ordularını qeyri-qanuni separatçı qruplar hesab edir. Eştunun ittihamnaməsində göstərilən «xarici silahlı qüvvələr» söz birləşməsi isə evfemizmdir və böyük nisbətdə, Rusiya ordusu deməkdir.

Çexiyanın hakim dairələri hesab edirlər ki, Ukrayna silahlı qüvvələrinə qarşı Donbasda Rusiyanın nizami ordusu vuruşur.(AzPolitika.info)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar