Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qəbələ" "Zirə" ilə heç-heçə oynayıb

Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.

PİA.az-ın məlumatına görə, bu gün son oyun keçirilib.

Turun qapanış matçı Qəbələdə baş tutub. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edib. Bu, həm də qonaqların çalışdırıcısı Rəşad Sadıqovun klubun sükanı arxasında baş məşqçi kimi ilk rəsmi görüşü olub.

Matça sürətli başlayan "Qəbələ" Asif Məmmədovun erkən qolu ilə hesabı açıb. Lakin yarım saat tamam olmamış qonaqlar bərabərliyi bərpa ediblər. Kapitan Ağabala Ramazanov fərqlənib. Qalan vaxtda qapılara qol vurulmadığından, mövsümün ilk heç-heçəsi qeydə alınıb.

Görüşə əlavə edilmiş dəqiqələrdə isə Rəşad Sadıqovun komandası meydanda azlıqda qalıb. Hacıağa Hacılı mövsümün ilk qırmzı vərəqəsini alıb. Bununla "Qəbələ" ardıcıl 7-ci Premyer Liqa oyununda "Zirə"yə uduzmayıb.

Qeyd edək ki, birinci turun ilk 3 oyununda "Keşlə" "Sumqayıt"a (1:0), "Neftçi" "Səbail"ə (2:1), "Qarabağ" isə "Sabah"a (2:0) qalib gəlib.

Premyer Liqa
I tur
23 avqust
19:00. “Qəbələ” – “Zirə” - 1:1
Qollar: Məmmədov, 3 - Ramazanov, 28
Qırmızı vərəqə: Hacılı, 90+1
Hakimlər: Kamal Umudlu, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rəşad Əhmədov

Qəbələ”:

  1. Anar Nəzirov (k),
  2. 8. Qismət Alıyev,
  3. 11. Asif Məmmədov,
  4. 28. Murad Musayev,
  5. 70. Ülvi İsgəndərov,
  6. 77. Merab Qiqauri,
  7. 32. Nikolas Raysel,
  8. 22. Rodriqo Qattas,
  9. 13. Yurqen Qoxa,
  10. 10. Rövlan Muradov,
  11. 71. Rüfət Əhmədov
  12. Ehtiyat oyunçular:
  13. 94. Tərlan Əhmədli,
  14. 5. Rasim Ramaldanov,
  15. 74. Yusif Nəbiyev,
  16. 4. Sadiq Quliyev,
  17. 7. Roman Hüseynov,
  18. 26. Stefan Vukçeviç, 
  19. 17. Yaovi Akakpo,
  20. 15. Vüsal Məsimov,
  21. 55. İdris İnqilablı
    Baş məşqçi: Elmar Baxşıyev
    “Zirə”: 22. Rəşad Əzizli, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 13. Şəhriyar Rəhimov, 3. Ali Sisey, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı
    Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 31. Nail Alışov, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 14. Rəşad Eyubov, 5. Kərim Diniyev, 17. Kayo Rangel, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı
    Baş məşqçi: Rəşad Sadıqov
    Qəbələ şəhər stadionu

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar