Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağın məşhur müəllimləri" - Əşrəf Abbasov

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq Əşrəf Abbasovdur.

O, 1920-ci ildə Şuşa şəhərində anadan olub.

Görkəmli bəstəkar, musiqişünas, pedaqoq, professor, Xalq artisti Əşrəf Abbasov Azərbaycan incəsənət tarixinə unudulmaz musiqi xadimi kimi daxil olub, müxtəlif janrlarda maraqlı əsərlər yaradıb.

Əşrəf Abbasov 1947-1948-ci illərdə A. Zeynallı adına Musiqi Texnikomunun (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci) direktoru olub. 50 ilə yaxın Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq kafedrasının müəllimi, 1953-1957-ci illərdə konservatoriyanın rektoru, 1957-1972-ci illərdə bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb. Konservatoriyanın nəzdində onillik musiqi məktəbində musiqi nəzəriyyəsi dərsləri üzrə müəllimlik fəaliyyəti göstərib.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar