Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qalatasaray" Fatih Terimə verilən cəzaya kəskin etiraz etdi

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terimə verilən beş oyunluq cəzaya etirazını bildirib.

"Report" xəbər verir ki, İstanbul təmsilçisi etirazını rəsmi tvitter hesabından paylaşıb.

Klub 67 yaşlı mütəxəssisin cəzasının ədalətli olmadığını yazıb: "Türkiyə futbolunda çirkin oyunlar oynanılır, qərarın komandamızı çempionluq yarışından uzaqlaşdırmaq üçün məqsədyönlü şəkildə qəbul edildiyi aşkardır. Koronavirus səbəbindən karantin müddəti bitən kimi məşqə çıxmayan hakim oyunumuza təyinat aldı. Sona qədər mübarizəmizi aparacağıq".

Qeyd edək ki, Fahit Terim Türkiyə Super Liqasının XII turunda "Fatih Karagümrük"lə matçda qırmızı vərəqə alıb. O, eferi Mustafa Öğretmenoğluna etiraz edib və hakimə qarşı davranışı ilə əlaqədar texniki zonadan kənarlaşdırılıb.

Terimə diskvalifikasiyadan əlavə, 55 500 lirə cərimə də kəsilib. Təcrübəli mütəxəssis ötən tur "Göztepe" ilə matçda komandasının sükanı arxasında olmayıb. O, "Trabzonspor", "Antalyaspor", "Konyaspor" və "Gənclərbirliyi" ilə qarşıdakı turun oyunlarında da kənarda qalacaq.

pia.az 

 


Etiket: Fatih Terim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar