Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ölkənin şimalında və cənubunda təxribatlar hazırlanır” - Sensasion açıqlama

"Bunu milli zəmində və xüsusi xarici xidmət orqanlarının əli ilə etmək istəyirlər"

PİA.az xəbər verir ki, Azərbaycanın eks baş naziri, Azərbaycan Xalq Partiyasının rəhbəri, Qarabağ Komitəsinin təsisçilərindən olan Pənah Hüseyn Musavat.com-un Facebook və Youtube üzərindən yayımlanan "Canlı debat” verilişi zamanı sensasion açıqlamalar verib.

Pənah Hüseyn bildirib ki, o, ölkəmizlə bağlı ciddi informasiyalar alıb:

"Mənə xaricdəki dostlarımız bildirdilər ki, bu ayın sonu, gələn ayın əvvəlində ölkənin həm şimalında, həm də cənubunda təxribatlar hazırlanır. Bunu milli zəmində və xüsusi xarici xidmət orqanlarının əli ilə etmək istəyirlər. Çox diqqətli, ehtyatlı olmaq lazımdır. Cürbəcür məqsədlər üçün bu təxribatlar hazırlanır. Bunlardan birinin Avropa Birliyi ilə bağlanan müqavilənin imzalanmasını dayandırmaq, ya da sıradan çıxarmaq olduğunu iddia edirlər. Bu məsələdə ermənilərin də işləməsi, ölkədə xaosun olmasında onların da marağının olması aydındır”.

Sabiq baş nazirin fikrincə, konkret hadisələrə görə konkret şəxslərin haqqında inzibati və cinayət hüququ əsasında tədbirlər görülməlidir:

"Gözümüzün qabağında bəzi ölkələrdə baş verənləri xatırlatmaq istəyirəm. Onlarda da heç bir şey gözlənilmirdi. Amma iqtidarların silah gücünə devrilməsini müşahidə edirik. O baxımdan, pereventiv tədbirlər kimi, hesab edirəm ki, ölkədə real islahat, real dəyişim, real, demokratik seçki tətbiq olunmalıdır. Allah eləməsin ki, bu cür hadisələr xoşagəlməz nəticələrə səbəb olsun”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

İntizam pozuntularına görə 8 vəkil cəzalandırılıb

Ən çox oxunanalar