Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nemesis" abidəsi Ermənistan və onun rəhbərliyinin rəsmi siyasətini ifadə etmir" - Alen Simonyan

"Nemesis" əməliyyatının "qəhrəmanları"na xatirə abidəsinin ucaldılması Ermənistanın və onun rəhbərliyinin rəsmi siyasətini ifadə etmir".

Poliqon "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Ankarada keçirdiyi brifinqdə deyib.

Ermənistan Milli Assambleyasının sədri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament başçılarının Türkiyədə keçirilən sammitində iştirak edir. Rəsmi tədbirlərdən sonra mətbuatla görüşən Simonyan türkiyəli həmkarı ilə abidə mövzusunu müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, memorialın yaradılması yerli hakimiyyət səviyyəsində qərarlaşdırılıb və Simonyan bunun Ermənistan dövlətinin xarici siyasətinin ifadəsi və ya qeyri-dost münasibət kimi qəbul edilməsini istəmir:

"Ermənistan Respublikasında xarici siyasəti Baş nazir və Xarici İşlər Nazirliyi müəyyən edir. Siz hamınız bu səviyyədə verilən qərarların və ya səslənən izahatların şahidisiniz. Biz başa düşməliyik ki, hər zaman baş verən hadisələrə səbəb və ya əsaslar tapa bilərik. Bəlkə mən Türkiyəyə gəlməmək üçün minlərlə səbəb tapa bilərdim. Amma burada mən Türkiyə ictimaiyyətinə Ermənistanın sülhə hazır olduğunu demək istəyirəm”.

Simonyan Türkiyənin xarici işlər nazirinin bəzi açıqlamaları ilə tanış olduğunu bildirib. Erməni siyasətçi əmindir ki, siyasi iradə olarsa, normallaşmaya nail olmaq olar, baxmayaraq ki, bu yol asan olmayacaq.

Qeyd edək ki, aprelin 29-da Ankara "Flyone Armenia" şirkətinə Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlar həyata keçirmək üçün əvvəllər verilmiş icazəni ləğv edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu İrəvanda “Nemesis” əməliyyatının "qəhrəmanları"na abidənin açılışı ilə izah edib. Ankara abidənin açılışını “təxribat” adlandırıb.

Poliqon.info


Etiket: Alen Simonyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar