Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Microsoft" ChatGPT-nin gücünü insan səviyyəsinə yaxın qiymətləndirdi, lakin...

"Microsoft" tədqiqat qrupu məşhur ChatGPT botunun əsasını təşkil edən GPT-4 dil modelinin imkanlarını nəzərdən keçirən məqalə dərc edib...

Poliqon "Vice" nəşrinə istinadən xəbər verir ki, sənədin təqdimatında neyroşəbəkə “süni ümumi intellekt" (GAI), yəni geniş spektrli tapşırıqları yerinə yetirməyə qadir olan ilk addım adlandırılıb.

"Biz nümayiş etdiririk ki, dil bacarıqlarına əlavə olaraq, GPT-4 riyaziyyat, proqramlaşdırma, tibb, hüquq, psixologiya və sair sahələri əhatə edən daha təkmil və mürəkkəb problemləri heç bir xüsusi göstərişə ehtiyac duymadan həll edə bilər. Üstəlik, bütün bu vəzifələrdə GPT-4-ün performansı insan səviyyəsindəki performansa heyrətamiz dərəcədə yaxındır", deyə məqalədə qeyd edilir.

Məqalə müəllifləri qeyd edirlər ki, GPT-4 sonsuz sayda sadə ədədlərin varlığını şeir şəklində sübut edə və ya təkbuynuz çəkə bilir.

Neyroşəbəkədə hələ də etibarlılığın qiymətləndirilməsi, uzunmüddətli yaddaş, rasionallıq və planlaşdırma ilə bağlı problemlər mövcuddur. Bundan əlavə, GPT-4-də AGI konsepsiyasının bir aspekti olan daxili motivasiya və məqsəd yoxdur.

Hətta GPT-4-ün təqdimatında OpenAI-nin rəhbəri Sem Altman vurğulayıb ki, yeni dil modeli hələ də qeyri-kamil və məhduddur.

Keçən həftə "ən ağıllı" chatbot ChatGPT GPT-4 dil modelinə yenilənib. İndi neyroşəbəkə təkcə mətni deyil, həm də şəkilləri tanıya bilir - hətta memların mənasını izah etməyi bacarır.

Tərtibatçılar iddia edirlər ki, GPT-4 daha “yaradıcıdır” və təkmilləşdirilmiş ümumi biliklər sayəsində mürəkkəb problemləri daha dəqiqliklə həll edə bilir. Bundan əlavə, yenilənmiş ChatGPT riyaziyyat və hüquq fənləri üzrə çətin imtahanları mükəmməl şəkildə verməyi öyrənib.

Yeni model artıq "Microsoft"un Bing axtarış sistemi tərəfindən istifadə olunur və aylıq abunə (20 dollar/ay) olan ChatGPT Plus istifadəçiləri üçün də əlçatandır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Ən çox oxunanalar