Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Kapitalbank"ın 1Kart oyunu — Jurnalist yazdı, gülüş doğuran cavab aldı

"Banklar müştərinin kredit tarixçəsinə baxmalıdır. Ancaq Kapital Bankın 1Kartı üçün başqa bankda olan kredit kartının tarixçəsinin uzadılması tələb olunur"

PİA.az Demokrat.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalist Aqil Ələsgər sosial şəbəkədəki səhifəsində yazıb.

O qeyd eidb ki, 1 kart üçün tələb olunan bütün qaydalara cavab versə də, bank onun 1Kart istəyini geri çevirib:

"Maaş, staj yerində. Ən başlıcası, kredit tarixçəsi tərtəmiz. Ancaq, verməmək üçün yaxşı bəhanə tapıblar. Axı kredit olsa, anlayaram, ancaq başqa bankın kredit kartının vaxtının bitməsinə altı ay qalmasının BirKarta nə dəxli var?".

Jurnalist deyib ki, yenilik qafada olur, əyin-baş dəyişməklə islahat olmur: "Bunun ən bariz nümunəsidir Kapital Bank...".

Məsələyə münasibət bildirən "Kapitalbank"ın cavabı isə sosial şəbəkədə gülüşə səbəb olub:

"Fiziki şəxslərə kreditlərin verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hazırlanmış "Kapital Bank” ASC-nin İstehlak kreditləşməsi şərtlərinə uyğun olaraq həyata keçirilir. Müraciət tarixinə olan kredit tarixçəsi, kreditlər üzrə öhdəliklərin icrası, ümumi borclanma yükü araşdırılır və bankdaxili qaydalara uyğun olduqda müvafiq şərtlərlə və müvafiq sənədlər əsasında kredit müqaviləsi rəsmiləşdirilir".

Bankın bu gülüş doğuran cavabına isə jurnalist belə cavab verib:

"Hörmətli BirKart nümayəndəsi, çox gözəl. Ancaq başqa bir banka məxsus kredit kartının müddətinin nə qədər qalmasının kredit deyil taksit kartı olduğu bildirilən Birkartın alınmasında hansı rolu ola bilər? Kart üçün əsas olan sizin də yazdığınız kimi kredit öhdəliklərinin icrası tarixçəsi, rəsmi iş yeri və maaşdır. Bütün bunlara baxılmadan sırf kredit kartlarından birinin yenilənməsinə altı ay qalıb deyə rədd etmək nəyə əsaslanır?".

Bu cavabdan sonra isə bank jurnalistin telefonunu istəyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Ən çox oxunanalar