Cümə axşamı, 06 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İddialar həqiqəti əks etdirmir"- Rəsmi açıqlama

Qarabağ əlilləri ilə SOCAR əməkdaşlarının davası haqda təfərrüatlar...

"Sosial şəbəkələrdə polis əməkdaşlarının Qarabağ əlillərinə təzyiq göstərməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. İddia olunan hallarla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb, yaranan münaqişədə polis əməkdaşlarının iştirakı təsdiqlənmir”.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabrın 28-də günorta saatlarında Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin növbə rəisi tərəfindən “102 Zəng Mərkəzinə” Binəqədi rayonu, Biləcəri qəsəbəsində qanunsuz tikinti aparılması və həmin şəxslərlə aralarında münaqişə baş verməsi ilə bağlı məlumat verilib:

“Daxil olan məlumat üzrə Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gedib və müəyyən olunub ki, Dövlət Neft Şirkətinin mühafizə zolağına aid olan ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı bünövrə işlərinin apardığına görə, 1977-ci il təvəllüdlü Tərtər rayon sakini Sərxan Musayev şirkət əməkdaşları tərəfindən tikinti dayandırılarkən onun çağırışına əsasən 15-20 nəfər Qarabağ müharibəsi əlilləri münaqişəli vəziyyət yaradıblar. Polis əməkdaşları tərəflər arasında yaranan münaqişənin qarşısını alıb”.

E.Hacıyev qeyd edib ki, hadisə nəticəsində S.Musayev, onun tanışı Sultanəhmədov Əhməd və Dövlət Neft Şirkətinin bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri alıb: “Faktla bağlı 43-cü Bolis Bölməsində təhqiqat araşdırmaları davam etdirilir”.

pia.az


Etiket: dava SOCAR


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qalstanyan aksiyalarından yararlanaraq sülh sazişindən qaça bilər?

Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi

AZAL-ın biletləri qonşulardan niyə bahadır? – Yeni prezident Samir Rzayevin paralel dünyası…

Xəzərin suyu çəkildi - Sumqayıt tərəfdən elə şeylər aşkarlandı ki ... - Video

“Azərlotereya”ya bu qədər “toçka” açmağa kim və necə icazə verir? – Dövlət çətiri altında özbaşınalıq…

Rus deputat: Niderlanda nüvə zərbəsi endirək, Avropa diz çökəcək

COP29 Könüllülük Proqramına qeydiyyat başa çatıb - Yenilənib

Ağdamda altı yaşayış binasının tikintisinə başlanılır

Mikayıl Müşfiqin olduğu iddia edilən qalıqlar üzərində analiz yekunlaşdı

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt məlum olub

Ən çox oxunanalar