Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gümrü hadisəsinin Ermənistan-Rusiya münasibətlərinə təsiri olmayacaq”



“Gümrü qətliamında həqiqətlər ortaya çıxardı”


“Gümrüdə baş verən hadisənin Ermənistan-Rusiya münasibətlərinə heç bir təsiri olmayacaq”
 
PİA.AZ bildirir ki,bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
 
O bildirib ki, Rusiyanın bir dövlət olaraq bu hadisədə günahlandırılması doğru deyil:
 
“Çünki hadisənin törədilməsinin əsas səbəbi bəllidir. Bu cinayət əslində bir erməni manyakının öldürdüyü rusların intiqamıdır. Ancaq hərbiçinin ermənilərə təslim edilməməsi bu olayda Rusiyanın yeganə və tək mənfi cəhətidir. Bununla bir daha göstərdilər ki, Ermənistanın həqiqi sahibi onlardır. Ruslar ermənilərə başa saldılar ki, Ermənistan dövləti rus əsgərini heç vaxt mühakimə edə bilməz. Vassal ermənilər isə bunu onsuz da bilir. İrəvan çox yaxşı başa düşür ki, regionda ayaqda durmaq üçün Moskvaya möhtacdır. Əgər ermənilər Rusiyadan üz çevirsə, o zaman Azərbaycanla razılaşmaq məcburiyyətində qalacaqlar. Çünki Azərbaycan regionun həm ən güclü dövlətidir, həm də işğalçılıq siyasəti nəticəsində Ermənistan bizim torpaqlarımızı işğal edib. İndi bu torpaqlar qaytarılmalı, kompensasiya ödənməli və bizə qarşı etdiklərinə görə ayağımıza gəlməlidirlər. Onları buna qarşı qoruyan tək dövlət isə Rusiyadır. Ermənilər bunu çox gözəl başa düşür”.
 
F.Mehdiyevin sözlərinə görə, əgər rus əsgəri Gümrüdə 6 deyil, 36 nəfəri  öldürsəydi, yenə heç nə dəyişməyəcəkdi:
 
“Xalq bir az ayaqlanacaqdı – vəssalam. İndi papaqlarını qabaqlarına qoyub fikirləşirlər ki, Rusiyadan üz çevirmək, minnət qoymaq hüquqları yoxdur. Bundan sonra Rusiya-Ermənistan münasibətlərində heç bir korlanma olmayacaq. Ermənilər bilirlər ki, hazırda Rusiyanın gəlini olmaqdan başqa çarələri yoxdur. Buna görə də münasibətlərdə dəyişiklik olmayacaq. Sadəcə bu hadisə həqiqətin üstünü bir daha açdı. O həqiqət ki, Ermənistan müstəqil dövlət deyil və İrəvanın həqiqi sahibi Rusiyadır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ən çox oxunanalar