Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Gənclik Mall"un qarşısında taksilər üçün xüsusi məntəqələr yaradıldı

"Gənclik Mall"un qarşısındakı səkinin müəyyən hissəsi dəmir məhəccərlə əhatələnib

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bunu etməkdə əsas məqsəd ilk növbədə piyadaların istiqamətləndirilməsi və onların yolun hərəkət hissəsinə çıxmasının qarşısını almaqla hərəkətin təhlükəsizliyinin təmin edilməsidir.

Digər məqsəd isə qeyd edilən ərazidə nəqliyyat vasitələrinin xüsusən də taksi minik avtomobillərinin dayanma-durma qaydalarına zidd saxlanılmasının qarşısını almaqdır. F.Xoyski küçəsində nəqliyyatın normal və maneəsiz hərəkətini təmin etmək, sərnişindaşımalarda təhlükəsizliyin və keyfiyyətin artırılması məqsədi ilə dayanma-durma qaydalarını pozanlar barəsində inzibati cərimələrin tətbiq edilməsi işləri də aparılmaqdadır.

Ərazidə taksi minik avtomobillərinin dayanması üçün xüsusi məntəqələr də təşkil edilib.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar