Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Fransa Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır"

Kənd Təsərrüfatı və Qida Nazirliyinin rəsmisi fikirlərini bölüşüb

"Fransa Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır."

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin diplomatik məsələlər üzrə strateji və siyasi müşaviri, nazirin şəxsi kabinetinin direktor müavini Beatris Fresenon bildirib.

Onun sözlərinə görə, Azərbaycan kənd təsərrüfatı sahəsində geniş imkanlara malikdir. “Fransa heyvandarlıq, üzümçülük, kənd təsərrüfatı texnikaları və digər sahələrdə böyük təcrübəsi var və hər zaman Azərbaycan ilə öz təcrübəsini bölüşməyə, dəstək olmağa hazırdır”, - B. Fresenon qeyd edib.

Beatris Fresenon bildirib ki, Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyi ölkənin kənd təsərrüfatı sahibkarlarının Azərbaycanla əməkdaşlığının möhkəmlənməsinə çalışır: "Fransada Azərbaycana investisiya qoymaqda maraqlı olan şirkətlər çoxdur. Biz onların Azərbaycan ilə əməkdaşlığını möhkəmlənməsinə yaxından kömək edirik. İyun ayında Fransa Sahibkarlar Təşkilatının (MEDEF) Azərbaycana səfəri zamanı nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı şirkətlərindən də nümayəndələr olacaq".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar