"Vətən müharibəsində Ermənistan ordusundan hərbi qənimət kimi götürələn texnikalar, silah-sursat artıq Azərbaycan Ordusunun istifadəsinə verilib".
Bunu APA-ya açıqlamasında müdafiə-sənayesi naziri Mədət Quliyev deyib.
Nazir qeyd edib ki, Vətən müharibəsi dövründə qənimət kimi çoxlu sayda teknika və silah-sursat götürülüb: "Ordumuzun çevik, sürətli hücumu nəticəsində erməni əsgərləri teknikaları işlək vəziyyətdə qoyaraq qaçıblar. Həmin teknikalar, silah-sursatlar Müdafiə Nazirliyi ilə birgə təmir edilib və Azərbaycan Ordusunun istifadəsinə verilib".
pia.az