Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

""Dənizkənarı Milli Park" dövləti gözdən salır" - Natiq Cəfərli

"Az qala havadan da pul qazanan MMC-nin vergi borcu olmamalıdı"...

PİA.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı Natiq Cəfərli qurumun 160 min manat vergi borcuna münasibət bildirərkən deyib: "Dənizkənarı Bulvar İdarəsinə məxsus "Dənizkənarı Milli Park” MMC adlı bir qurum var. Bulvarda tualetlərdən tutmuş kafe-restoranlara qədər hər bir obyektə nəzarət edirlər. Adi dondurma satandan tutun da, əlində şar satanlara qədər hamıdan xərac alırlar. Məlum olur ki, bu təşkilatın büdcəyə 160 min manat vergi borcu var - yəni, arxaları o qədər möhkəmdir ki, vergi ödəmirlər - az qala havadan da pul qazanan MMC-nin vergi borcu olmamalıdı.

Dövlət institutları məhz belə ikili standartlara görə gözdən düşür, məsələn, məni 2016-da həbs edərkən maddələrdən biri vergi borcu məsələsi idi - halbuki, mənim Vergilər Nazirliyindən rəsmi məktubum var idi ki, heç bir borcum yoxdur. Sonra bağlı VÖEN-ə 2072 manat borc yazdılar, bir daha - 2015-dən bağlı olan VÖEN-ə borc yazdılar, daha ötəsi, 2019-da bir neçə günlük ölkədən çıxışıma qadağa qoydular. Məhkəməni Apellyasiya mərhələsində uddum, qadağanı ləğv etdilər, amma hələ də borcu silmirlər.

Yaxşı, necə olur ki, vətəndaşın 5-10 manat vergi borcu olan kimi boğazına çökürlər, amma kimlərinsə kölgəsində gəzən, hər gün minlərlə manat havayı pul qazanan, tualetin də haqqını tez-tez qaldıran idarənin160 min vergi borcu olur, heç kim də onlara heç nə demir?!"(7NEWS.az)

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar