Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Con Brennan Trampın Rusiyadan niyə qorxduğunu açıqladı


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennan prezident Donald Trampın Rusiyadan niyə çəkindiyi barədə danışıb


Virtualaz.org xəbər verir ki, Con Brennan Rusiyanın əlində Tramp barədə “nəsə olduğunu” deyib. Onun fikrincə məhz kompromatın mövcudluğu Trampın Rusiya prezidenti Vladimir Putinə münasibətdə kifayət qədər isti münasibətini izah edir.

Xəbər verildiyi kimi Donald Tramp müşavirlərinin məsləhətinə baxmayaraq Putinə zəng vuraraq yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Bu telefon zəngi ABŞ mətbuatında Trampa qarşı yeni tənqid dalğasını başladıb və onun Rusiya ilə şübhəli əlaqələri barədə müzakirələri qızışdırıb. Tramp özü isə Putinə telefon zəngini və təbrikini əsaslandırmağa çalışaraq bunu Rusiya ilə ümumi dil tapmaq niyyəti ilə izah edib.



“Mən deyirəm ki, ola bilsin rusların əlində nəsə var və Tramp buna görə narahatdır. Ona bizlərdən daha yaxşı məlumdur ki, rusların əlində nəsə var, ya yox”-MKİ-nin keçmiş direktoru “The Hill” nəşrinə bildirib.

Rusiyanın əlində Tramp barədə kompromatların ola biləcəyi barədə bundan əvvəl də məlumatlar yayılıb. Hazırda bunu və Trampın Rusiya ilə şübhəli əlaqələrinə dair digər məqamları xüsusi prokuror Robert Müllerin komandası araşdırır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar