Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bütün banklar hakimiyyətin üst qatında olanlara bağlıdır" - Aslan İsmayılov

"Bu il Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bank – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank” bağlandılar. On minlərlə əmanətçilər pullarını ala bilmirlər və mənə yüzlərlə müraciət olub. İnsanlar halal əməkləri ilə qazandıqları, qara gün üçün saxladıqları pullarını Azərbaycan adlı Dövlətin qeydiyyatdan keçirdiyi banklara əmanət edirlər, sonra isə geri ala bilmirlər və bu tək 2020-ci ildə yox, artıq uzun illərdir ki, davam edir. Heç kim bunu bazar iqtisadiyyatı ilə əsaslandırmasın. Azərbaycanda bazar iqtisadiyyatı yoxdur, sadəcə, bazar var və bu bazarda kim nə qədər bacarır, atır. Bir dənə də müstəqil bank yoxdur".

PİA.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, bütün banklar hakimiyyətin üst qatında olanlara bağlıdır və onların bütün işlərinə Mərkəzi Bankın sədri Elman Rüstəmov nəzarət edir: "Elman Rüstəmovun icazəsi olmadan orada bir manat da bata bilməz. Özüm bir neçə dəfə banklardan kredit götürmüşəm və çoxlu xahiş-minnətlərdən sonra ən ucuz krediti 18%-lə almışam. Bu krediti almaq üçün məndən girov kimi kredit məbləğindən iki dəfə artıq dəyəri olan əmlak tələb edilib. Onda necə olur ki, bütün qanunlar, Mərkəzi Bankın mövcud təlimatları kobud pozularaq ikinci devalvasiyadan 3-4 gün öncə “Dekabank“ ASC vasitəsilə fiziki şəxsə, 1958 təvəllüdlü Atakişiyev İlham Gürşad oğluna 23.12.2015 tarixində 24 milyon, 24.12.2015 tarixində isə 21,263 milyon AZN 5,5%-lə kredit verilir?! 45 milyon manat verilir və iki dəfə artıq demirəm, heç olmasa həmin məbləğdə girov kimi əmlak tələb edilmir. Həmin dövrdə Mərkəzi Bankda faiz dərəcəsi 12% idi, banklar da vətəndaşlara kreditləri 18-30% arası verirdilər. Az müddət sonra “Dekabank“ bağlanır, Atakişiyev rəhmətə gedir, Mərkəzi Bank həmin krediti balansdan silir və heç kim buna görə məsuliyyət daşımır. Bilməyənlər üçün deyim ki, kredit veriləndə 1 ABŞ Dolları 1.05 AZN idi. 4-5 gündən sonra 1.55 AZN oldu. Hələ demirəm ki, həmin dövrlərdə 1 ABŞ Dolları hətta 1.8-1.9 AZN da oldu. Bunlar büdcə pullarını beləcə yedikləri cəhənnəm, sadə vətəndaşların manat–manat yığdıqlarına da göz tikirlər. Mətbuatda hər gün yazılar çıxır ki, keçmiş Baş Prokuror Zakir Qaralov və indiki Mərkəzi Bankın sədri Elman Rüstəmov hələ də büdcədən oğurladıqları demirəm, hər birinə götürdükləri 1 milyardı, toplam 2 milyard manatı hələ də qaytarmayıblar. Tək bu ikisindən borclar geri qaytarılsa 10 milyon vətəndaşın hər birinə bu gün çox ehtiyac duyduqları 190 manatı vermək olardı".(Pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Ən çox oxunanalar