Almaniyanın "Bavariya" komandasının kamerunlu futbolçusu Erik Maksim Şupo-Motinq kuryoz hadisə nəticəsində millidən kənarda qalıb.
"Report"un məlumatına görə, Kamerun Futbol Federasiyasının rəsmiləri yığmaya dəvət məktubunu Münhen klubunun əvəzinə, başqa ünvana göndəriblər.
Nəticədə təcrübəli oyunçunun milliyə çağırılmasından xəbəri olmayıb. FIFA-nın yığma üzvləri üçün qoyduğu vaxt başa çatdığından səhvi düzəltmək mümkün olmayıb.
pia.az