Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azercell-Lab" təcrübə proqramının ilk qalibləri müəyyənləşib

“Azercell Telekom” mobil rabitə operatorunun may ayında elan etdiyi “Azercell-Lab” ödənişli təcrübə proqramının ilk qalibləri müəyyənləşib

Azercell”dən verilən məlumata görə, təcrübəçilər iyul ayının 1-dən etibarən "İT-lab" və "Biznes-lab" inkubasiya mərkəzlərində telekommunikasiya sahəsinin ən son trendləri ilə tanış olmaq fürsətindən istifadə edərək nəzəri biliklərini tətbiq edib, peşəkar mühitdə şirkətin real layihələrində iştirak edirlər.

Təcrübə Proqramının ilk həftəsində “Azercell” Akademiyasının peşəkar təlimçiləri tərəfindən “Azercell-Lab”ın rezidentlərini yeni nəsil rəqəmsal texnologiyalar ilə yaxından tanış etmək üçün xüsusi master-klasslar və təlimlər təşkil edilib. Qaliblər 6 ay müddətində biznes və İT sahələrində zəngin təcrübəyə malik olan aparıcı ekspertlər ilə birlikdə çalışaraq, “Azercell” şirkətində karyeralarında ilk addımlarını atmaq üçün əvəzolunmaz fürsət əldə ediblər. Rəqəmsal Texnologiyalara həvəsi olan gənclərə dəstək olmaq və onların telekommunikasiya sahəsinə marağını artırmaq məqsədi daşıyan bu layihənin qalibləri 600-dən çox namizəd arasında akademik fəaliyyəti və peşə bilikləri əsasında dəyərləndirilərək seçilib.

Qeyd edək ki, bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 190-dan çox tələbə “Azercell”də təcrübə keçmək fürsətindən yararlanıb. Onlardan 27-si isə artıq “Azercell”də çalışır.

pia.az


Etiket: “Azercell”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar