Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada kişilər artır


İsveçdə 1749-cu ildən bəri ilk dəfə olaraq kişilərin sayı qadınların sayını ötüb


Novator.az xəbər verir ki, analoji proses Avropanın digər ölkələrində — Norveç, Danimarka, Almaniya və Böyük Britaniyada da baş verməkdədir.

Mütəxəssislər deyirlər ki, qadınların həmişə kişilərdən çox olduğu Qərb ölkələri üçün bu, nadir haldır.

İsveçdə ilk tarixi dəyişiklik 2015-ci ilin martında əhalinin siyahıya alınması zamanı üzə çıxıb. Bu ölkədə kişilərin ümumi sayı qadınlardan 277 nəfər çox olub. İl ərzində isə bu fərq 12 min nəfərə çatıb. Əhalisinin sayı 10 milyon nəfər olan bir ölkə üçün bu elə də böyük fərq sayılmır. Amma alimlər gələcəkdə bu fərqin kəskinləşəcəyi qənaətindədirlər.

Avropada yeni doğulan hər 105 oğlana 100 qız uşağı düşsə də, qadınların uzunömürlü olması onların sayının kişilərdən çox olmasına gətirib çıxarır. Amma bu yaxınlarda tendensiya dəyişməyə başlayıb. 2011-ci ildə Norveçdə kişilərin sayı artıq olub, Danimarka və İsveçrədə isə hər iki cinsin nümayəndələrinin sayı bərabər olub. Almaniyada 1960-cı ildə 87 kişiyə 100 qadın düşdüyü halda, 2015-ci ildə hər 96 kişiyə 100 qadın düşüb. 2050-ci ildə Böyük Britaniyada da belə halın baş verəcəyi proqnozlaşdırılır.

Avropada kişilərin sayının artması iki səbəblə izah edilir: kişilərin getdikcə daha uzunömürlü olması və Afrika, Yaxın Şərq ölkələrindən kişi cinsindən olan on minlərlə qaçqının gəlişi. 2015-2016-cı illərdə təkcə İsveçdən bu ölkəyə valideynsiz gəlmiş 25 min gənc sığınacaq alıb.

Demoqraflar hesab edirlər ki, kişilərin çoxalması qadınlara öz şərtlərini diktə etmək imkanı verəcək. Mütəxəssislər özünə partnyor tapmaqda çətinlik çəkəcək kişilərin seksual zorakılığa meyllənəcəyindən də narahatdırlar.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Samir Şərifov: Hökumət dəmir yolu infrastrukturu üçün AİB-dən vəsait cəlb edə bilər

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

Ən çox oxunanalar