Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Makler» deputat Yevlaxda ziyafətlər verir - İlham Məmmədov özünü artıq qalib elan edib

48 saylı Yevlax şəhər dairəsindən deputatlığa namizəd İlham Məmmədov kitabxanaçı, rabitəçi, elektirik işçisi, mühəndis, işsiz, müəllim, mədəniyyət işçisi və lobarantla mübarizə aparacaq


Əldə etdiyi mandatından istifadə edib özünə Gəncədə və Yevlaxda böyük biznes strukturu quran və yerli sakinlərin «makler» ayaması verdiyi depuatat İlham Məmmədov artıq özünü qalib elan edib və seçicilərinə sanki acıq verirmiş kimi hər gün dost və yaxınlarına Yevlax və Gəncədə ziyafətlər verir.

48 saylı Yevlax şəhər dairəsindən deputatlığa namizəd İlham Məmmədov artıq özünü millət vəkili elan edib. Bu barədə  AzFakt.com-a Yevlaxdan daxil olan məlumatda bildirilir ki, millət vəkili 10 gündən çoxdur ki, Yevlaxda və Gəncədə yaxın adamlarına eyş-işrət məclisləri təşkil etməklə məşğuldur. Bu isə yerli sakinlərin qıcıqlanmasına səbəb olur. Hər yerdə yenidən «seçildiyini» bildirən İlham Məmmədov bunula sanki özsecilərinə deyir ki, mənim sizə ehtiyacım belə yoxdur.

Qeyd edək ki, Milli Məclisin lal-kar deputatları arasında yer alan İlham Məmmədov parlamentin ən az tanınan, və səsini bu günə qədər heç kəsin eşitmədiyi nümayəndələrindən biridir. Buna baxmayaraq rəngli keçmişi olan İlham Məmmmədov Yevlax və Gəncədə istədiyi kimi «at otarır» və sıravi vətəndaşlara yuxarıdan aşağı baxması ilə seçilir.

Yevlaxda ona heç kəs səs vermymb vəbu dəfə də verməyəcək

Apardığımız araşdırmada məlum oldu ki, 5 il Yevlaxı Milli Məclisdə təmsil edən İlham Məmmədova rayon  sakinlərinin əksəriyyətinin inamı yoxdur. O, sakinlər arasında vətəndaşların probləmləri ilə maraqlanmayan, sadəcə öz şəxsi maraqlarını güdən bir şəxs kimi tanınır. 

Yelax cammaatı arasında apardığımız kiçik bir sorğuda vətəndaşların İlham Məmmədova səs vermədiyi məlum oldu. Sakinlər bildirir ki, onlar İlham MəmmədovHətta rayondakı YAP-çıalrın ç əvvəllər «makler» olaraq taynıyıblar. Elə indi də ona Yevlaxda «makler» İlham  deyirlər. Belə ki, İlham Məmmədov keçmişdə də, elə indi də Yevlax və Gəncədə torpaq satışı ilə məşğul olub. Bu barədə ikinci yazımızda, hələlik isə onu deyək ki, «maklerlikdən» deputatlığa qədər ucalan İlham Məmmədov indi özünü bölgəninin «kiçik padişahı» kimi hiss edir.

Görüşdüyümüz insanlar isə bir mənalı şəkildə bildirirlər ki, İlham Məmmədova 2010-cu ildə də səs verməyiblər, bu ildə vermək fikirləri yoxdur. Çünki İlham Məmmədova ötən 5 il müddətində onların heç bir dərdinə dərman olmadıqları kimi gələcək 5 ildə də olmayacağından əmindirlər. 

İlham Məmmədov 2010-cu ildə redaksiyaları qapı-qapı niyə gəzib?

2010-cu il parlament seçkiləri öncəsi qaranlıq keçmişi ilə bağlı məlumatlrın yayılmaması üçün mətbu orqanların redaksiyalarını qapı-qapı gəzən İlham Məmmədov indid deyəəsn keçmişini unudub. Çünki deputat bu seçkilədrdə demək olar ki, media nümayəndələrinə yuxarıdan aşağı baxır. Halbuki, ötən seçkilərdə hər redaksiyaınn qapısını özü döyür, ondan yazmamağı xahiş edirdi. 

Onu da bildirək ki, redaksiyalarda rastlaşdığı macarəları ilə ayrıca bir yazı ilə çıxış edəcəyik. Və İlham Məmmədovun redaksiyaları gəzdikdən sonra bəzi redaksiyalarda yaranqan lətifələri oxucularımızın diqqətinə cəlb edəcəyik.

1500 manat maaş alan deputatın yarım milyonluq villası hardandır?

Görəsən İlham Məmmədov MSK-ya təqdim etdiyi mal varlığı haqqında deklarasiyasında Hacıkənddəki villasını göstəribmi? Yəqin ki, yox. Amma oxucularımızın diqqətinə çatdıraq ki, İlham Məmmədovun Hacıkənddəki villasının qiyməti yarım milyondan çoxdur.

Həmçinin deputatın Yevlax və Gəncə şəhərlərində bir neçə obyekti var. Maraqlıdır ki, qeyd etdiyimiz bu obyektlər və villa məhz İlham Məmmədova mandat almasından sonra “qisməət” olub. Görəsən 1500manat əmək haqqı alan millət vəkili iyməti yarım milyondan çox olan villanı və Yevlax, Gəncə şəhərlərindəki obyektləri necə əldə edib? 

Bildirək ki, redaksiyamıza daxil olan digər məlumata görə millət vəkili İlham Məmmədov yaxın adamlarının adına bir neçə kiçik müəsissə açdığı və həmin şirkətlərin Yevlax, Gəncə və Tərtər rayonlarında tikinti təmir tenderlərində iştirak etdiyi deyilir. Bu məsələ ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə oxucularımıza ətraflı məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar