Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Dünyadakı mövcud vəziyyəti Karib böhranı ilə müqayisə etmək olar» - Nazarbayev

PİA.az «AzPolitika.info»-ya istinadla verdiyi xəbərə görə, Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev «Asiya-Avropa» sammitinin plenar iclasındakı çıxışında bəyan edib ki, yüksək münaşiqə şəraitində, sanksiya və ticarət müharibələrinin yüksəlişi fonunda beynəlxalq siyasət gərginliyin pik həddinə çatıb ki, bunu da Karib böhranı ilə müqayisə etmək olar

Xəbəri dövlət başçısının mətbuat xidməti yayıb.

«Biz gərək indiki «Asiya-Avropa» forumu sammitindən bu prolblemlərin həllində istifadə edək. Təssüf ki, müasir mərhələdə dünyada məhsuldar dialoq və qarşılıqlı anlaşma çatışmazlığı müşahidə olunur. Biz hamımız cari iqtisadi və siyasi qarşıdurmaların şahidiyik və bunu ötən əsrin 60-cı illərinin Karib böhranı ilə müqayisə etmək olar» – deyə, Qazaxıstan Prezidenti Nazarbayev bəyan edib.

Prezident qeyd edib ki, sammit ABŞ-ı, Rusiyanı, Çini və Avropa İttifaqını (Aİ) və digər cücləri dünyadakı mövcud fikir ayrılıqlarının həllini tapmağa çağırmalıdır.

«Suriya, Ukrayna və digər ölkələrdəki problemlərin həlli ilə məşğul olunmasa, vəziyyət yalnız pislələşəcək. Beynəlxalq terrorçuluq başlıca problem olaraq qalır, hələ də ballistik raketlərin yayılması təhlükəsi mövcuddur» – deyə, dövlət başçısı bəyan edib.

Dünya iqtisadiyyatında vəziyyətin pisləşməsi kontekstində Nazarbayev bildirib ki, bəzi kasıb ölkələrdə vəziyyət daha da pisləşir və bu, bütün bəşəriyyətə ciddi çağırışdır.

«İkinci dünya müharibəsindən və digər böhranlardan sonra ölkələrin liderləri sıx əməkdaşlıq ediblər. Terrorçuluqla mübarizənin ümumi yollarını tapıblar. Ona görə də mən, bütün ölkələri dialoqa çağırıram və Astana «medanı»nın danışıqlar üçün istifadəsini təklif edirəm» – Qazaxıstan lideri bəyan edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar