Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Adımın YAP-ın siyahısında…» - Eldar Sabiroğlu


Keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eıdar Sabiroğluna müraciət edərək, parlament seçkilərində iştirak edib, etməyəcəyi ilə maraqlanılıb


E.Sabiroğlu ilə qısa söhbəti təqdim edirik. 

- Eldar müəllim, parlament seçkilərində YAP-ın rəsmi siyahısının açıqlanmasına bir neçə gün vaxt qalır. Sizin adınızın həmin siyahıda olması ehtimalı varmı? Ümumiyyətlə, seçkilərə müstəqil şəkildə qatılmaq barədə düşünürsünüzmü?

– Siyahı partiyanın rəhbərliyi tərəfindən hazırlanır. Adətən əvvəlcədən bu barədə rəsmi məlumat verilmir. Lakin kiminsə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilibsə, partiyanın qərarı əvvəlcədən həmin şəxsə çatdırılır. Və siyahı elan olunana qədər ona “ağzını bərk saxlaması” tapşırılır. Sürpriz yoxdur. Ona görə də, adımın həmin siyahıya salınmadığı qənaətindəyəm. Qaldı ki sualınızın ikinci hissəsinə, deyə bilərəm ki, belə bir fikrim yoxdu. Çünki partiyanın dəstək vermədiyi şəxsin deputat seçilməsi, demək olar ki mümkün deyil. Ona görə də özümü çətin vəziyyətə salmaq istəmirəm.

- Belə bir məlumat var ki, bu seçkidə YAP-ın siyahısında gənclərə daha çox üstünlük veriləcək…

– Mən bu fikri anlaya bilmirəm. Yəni bununla cəmiyyətə nəyin prioritet olduğunu çatdırmasq istəyirlər? Gənc layiqdisə qoy olsun. Amma dünyanın heç bir yerində belə bir çağırış yoxdur. Beynəlxalq parlamentarizm təcrübəsində seçici ağıllı və zəkalı, natiqlik qabiliyyəti olan, qanunlar üzərində işləmək təcrübəsi olan və sair bu kimi müsbət keyfiyyətlərə malik şəxsləri seçib parlamentə göndərir. Seçkilərdə ümumiyyətlə gənc və ya yaşlı deyə hansısa senzi əsas tutmaq demokratik sistemin tələblərinə uyğun deyil. Mən belə düşünürəm.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar