Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəngilan rayonu sürətlə inkişaf edir

Azərbaycan torpaqlarının hesabına özlərinə dövlət quran ermənilər zaman-zaman bölşevik Rusiyasının dəstəyi və eyni zamanda köməyi ilə Azərbaycana hücumlar edib. Qırğınlar törədərək hər dəfə yeni ərazilərimizi işğal edərək torpaqlarımıza sahibləniblər...

1920-ci il 28 aprel işğalından sonra isə Zəngəzur qəzasını işğal edərək yerli azərbaycanlıları qətlə yetirib və öz doğma torpaqlarından didərgin salıblar. Müqavimət göstərməyə və yenidən öz torpaqlarına qayıtmağa imkan verməyən bolşevik Rusiyası təkidlə Zəngəzuru Azərbaycandan alaraq Ermənistana birləşdirib.

Beləliklə qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, QubadlıZəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

1993-cü ilin oktyabr ayının 29-da Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik olan Zəngilan rayonu ermənilərin Azərbaycana növbəti hücumları nəticəsində Rusiyanın köməkliyi ilə Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal edildi. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi düşmənlə qeyri bərabər qüvvə ilə vuruşaraq, itkilər verərək Araz çayına yaxınlaşıblar, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşıblar. Həmin vaxtı Ümummilli Liderimiz Heydər Əliyev həmvətənlərimizin Araz çayını sağ-salamat, itgisiz keçmələri üçün İran İslam Respublikasının rəhbərliyi ilə danışıqlar aparmış, onlardan Araz çayının suyunu azaldaraq onların təhlükəsizliyini təmin etmələrini xahiş etmişdi.

Beş il düşmənlə vuruşaraq yüzlərlə şəhid verən Zəngilan rayonu nankor ermənilərin işğal edərək boşaltdığı sonuncu rayon idi.

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsi zamanı bütün Azərbaycan xalqı ayağa qalxdı. Vətəni azad etmək, düşmən əsarətindən qurtarmaq üçün sinələrini sipər etdi. Minlərlə Azərbaycan övladı bu yolda canından keçərək şəhidlik zirvəsinə ucaldı.

2020-ci il oktyabr ayının 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyat başlanıldı. Azərbaycan Silahlı Qüvvələrinin igidləri digər ərazilərimiz kimi Zəngilan rayonunda yerləşən Ermənistan Silahlı
Qüvvələrini darmadağın edərək torpaqlarımızdan təmizlədilər. Zəngilan döyüşləri nəticəsində Ordumuz tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edildi. Sərhəd boyu isə dərhal mühafizə işləri
görülməyə başlandı.

Bu gün Zəngilan rayonu sürətlə inkişaf edir. Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Bu kəndin daha da genişləndirilməsi, əlavə evlərin tikilməsi, infrastruktur layihələrin şaxələndirilməsi nəzərdə tutulur. Bu kənddə tibb məntəqəsi, məktəb, bağça, kitabxana və sair tikilib istifadəyə verilib. Eyni zamanda Zəngilanda “Asan”, ”Dost”, orta və kiçik biznesə dəstək xidmətləri istifadəyə verilib.

Ağalı kəndinin ilk sakinləri artıq 2022-ci ilin may ayında öz doğma torpaqlarında məskunlaşıblar. Bu kənd demək olar ki, dünyanın ən müasir kəndlərindən biridir.

Zəngilan rayonu Şərifan (IX-XVI), Qız Qalası (orta əsrlər), Hacallı dairəvi bürcü (XIV əsr), Sərdabə (XIII əsr), İmam Hüseyn məscidi (XVII əsr) və onlarla bu kimi tarixi, dini, mədəni memarlıq abidələri ilə zəngindir.

Zəngilanı Naxçıvandan ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Məlumdur ki, dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpaqlarımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.

Rasif Abduləzimli - Şəhid Emil Abduləzimlinin atası, Zəngilan rayon sakini

Poliqon.info


Etiket: Zəngilan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ən çox oxunanalar