Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Londonda Ukrayna üçün “aviasiya koalisiyasının” yaradıldığını bəyan edib...

Ukrayna prezidenti Vladimir Zelenski Londonda Ukrayna üçün “döyüş təyyarələri koalisiyasının” yaradılması məsələsi ilə bağlı yaxın gələcəkdə “vacib qərarlar” veriləcəyini açıqlayıb...

Poliqon xəbər verir ki, Zelenski bunu Britaniyanın Baş naziri Rişi Sunakla danışıqların yekunu üzrə media nümayəndələrinə verdiyi brifinq zamanı deyib.

Ukrayna dövlətinin başçısı bildirib ki, bu gün danışıqlar zamanı əsas müzakirə Ukraynanın döyüş təyyarələri ilə təmin olunmasından gedib.

“Bu, bizim üçün çox vacib mövzudur, çünki biz səmaya nəzarət edə bilmirik... Biz tərəfdaşıq və Rişi cəbhədə baş verənlərin bütün təfərrüatlarını bilir. Biz döyüş təyyarələrindən ibarət koalisiya yaratmaq istəyirik. Biz bu haqda danışırdıq. Mən çox pozitivəm və düşünürəm ki, yaxın gələcəkdə mühüm qərarlar haqqında eşidəcəksiniz. Amma əvvəlcə bunun üzərində bir az işləməliyik”, deyə Ukrayna prezidenti bildirib.

Öz növbəsində Sunak bildirib ki, onun ölkəsi Ukrayna xalqına təcavüzdən qorunmaq üçün lazım olan dəstəyi göstərməyə davam edəcək.

O qeyd edib ki, Britaniya Ukraynaya uzaqmənzilli silahlar təhvil verən ilk ölkə olmaqdan məmnundur, həmçinin ölkəmizin hava hücumundan müdafiəsini gücləndirəcək və uzaqmənzilli pilotsuz hücum təyyarələri ilə təmin edəcək.

“Kreml bilməlidir ki, biz heç yerə getmirik və sonuna qədər Ukraynanın arxasında durmaqa davam edəcəyik. Biz Ukraynaya özünü müdafiə etməkdə kömək etməkdə israrlıyıq”, deyə Britaniya hökumətinin başçısı bildirib.

Sunakın sözlərinə görə, Ukrayna təkcə ərazi bütövlüyünü bərpa etməməli, həm də gələcəkdə özünü müdafiə edə bilməlidir.

Rişi Sunak deyib: “Bugünkü danışıqlarımızın digər mövzusu uzunmüddətli perspektivdə müttəfiq ölkələr arasında Ukrayna üçün həyata keçirməli olduğumuz təhlükəsizlik tədbirləri olub.

Baş nazir həmçinin qeyd edib ki, Böyük Britaniya aviasiya koalisiyasının qurulmasında fəal və əsas rollardan birini oynamağa hazırdır. Sunak qeyd edib ki, bu məsələ təkcə təyyarələrlə təmin olunmaqla yanaşı, həm də pilotların hazırlanmasına və müvafiq maddi-texniki təchizata aiddir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Ən çox oxunanalar