Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəfər Gününə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı konsert keçirilib - Foto

Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlərin iştirakı ilə Azərbaycan bəstəkarlarının qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” simfonik konserti keçirilib.

PİA.az-ın məlumatına görə, konsert proqramı başlamadan öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

Sonra mədəniyyət naziri Anar Kərimov çıxış edib.

Nazir çıxışında bildirib ki, Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçiriləcək. O, "Qarabağ Azərbaycandır" simfonik konsertinin həmin silsilə tədbirlərdən biri olduğunu vurğulayıb: "Azərbaycan dövlətçiliyinin tarixinə bu günlər qızıl hərflə həkk olunub. Buna görə, Ali Baş Komandana, Azərbaycan ordusuna təşəkkürümüzü bildiririk.

Qarabağ azad olunandan sonra böyük qayıdış baş verir. Cənab prezident vaxtaşırı işğaldan azad olunan əraziləri ziyarət edir, orda kiçik və irimiqyaslı layihələrin təməlqoyma mərasimlərində iştirak edir. Biz bununla göstəririk ki, bu torpaqların əsl sahibləri olaraq quruculuq işlərinə dərhal başlamışıq. Böyük qayıdış çərçivəsində mədəniyyətin xüsusi yeri var. Bunu Cənab Prezident və birinci vitse-prezident Mehriban xanım öz təşəbbüsləri ilə göstərirlər. Bildiyiniz kimi, bu il ərzində Şuşada üç böyük tədbir keçirilib. Xarıbülbül festivalı, Vaqif poeziya günləri və Milli musiqi günümüz münasibətilə ilk dəfə olaraq Üzeyir Hacıbəylinin heykəlinin qarşısında möhtəşəm bir konsert.
Biz Qarabağa mədəniyyətimizlə qayıdırıq. Bütün dünya artıq bunu görür. Biz eyni zamanda bütün dünyaya onu göstəririk ki, biz mədəniyyətimizlə şanlı zəfəri əldə etmişik. Qarabağ Azərbaycandır", nazir bildirib.

Sonra Azərbaycan bəstəkarlarının Zəfər Gününə həsr olunan əsərləri ifa olunub.

Qeyd edək ki, konsert Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Heydər Əliyev Sarayı və Müslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə baş tutub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay