Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin nəticələri açıqlandı

“Yüksəliş” müsabiqəsi onlayn mərhələnin hər iki imtahanını uğurla başa vurdu...

İlk dəfədir keçirilməsinə baxmayaraq, onlayn mərhələdə 7059 nəfərin iştirak etməsi müsabiqənin ictimaiyyət arasında böyük maraq doğurduğunu göstərir. Eyni zamanda, iştirakçı sayının çoxluğu “Yüksəliş” müsabiqəsində böyük rəqabətin olduğunu deməyə əsas verir.

Xatırladaq ki, müsabiqədə qeydiyyatdan keçənlərin sayı 9775 nəfər olub. Növbəti mərhələyə onlardan 976 nəfər (10%) buraxılıb.

Öncədən də bildirildiyi kimi, müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları dünyada qəbul olunmuş T-bal şkalası ilə qiymətləndirilib. Təyin edilən norma bütün iştirakçıların sualları cavablandırma nəticələrinin əsasında müəyyən edilir, yəni blok və variant üzrə çoxlu sayda suallara doğru cavab verən iştirakçıların sayı artdıqca T-bal nisbətən aşağı, belə iştirakçıların sayı azaldıqca T-bal nisbətən yuxarı olur. Bir qədər də sadələşdirsək, sizin ümumi olaraq neçə suala düz cavab verməyinizlə yanaşı, düzgün cavab verdiyiniz hər suala sizdən başqa neçə nəfərin düzgün cavab verdiyi önəmlidir. Müsabiqədə toplanılan maksimal bal 709 olub. 700 baldan yuxarı nəticəni yalnız 2 nəfər əldə edə bilib: 706 və 709 bal. 650 baldan yuxarı 51 nəfər, 600 baldan yuxarı isə 440 nəfər nəticə göstərib. Maksimal T-balın səviyyəsi, o cümlədən keçid balının 572 olması bir daha təsdiq edir ki, müsabiqədə, ümumilikdə, rəqabət güclü olub.

976 iştirakçının 572 baldan yuxarı nəticə göstərməsini sevindirici hal kimi qeyd etmək olar. Bu göstərici müsabiqəyə qoşulan iştirakçıların bilik və bacarıqlarının yüksək olduğunu təsdiqləyir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam

Ən çox oxunanalar