Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yetkinlik dönəminə qədəm qoyan 15 yaşlı “Yeni Çağ”... - Yolunuz uzun, qəlbiniz ümidlə dolu olsun...

Bu gün “Yeni Çağ” Media Qrupu 15 yaşını doldurur. Yəni yetkinlik dönəmini başlayır...

Azərbaycan mətbuatı üçün 15 yaş qocalıq həddi kimi də tanına bilər.Həqiqətdə də bu belədir. Çünki Azərbaycanda bir mətbu orqanla 15 il yol getmək özü də bir igidlikdir. Hardan baxsaq bu 15 illik yol əslində yaşanan məşəqqət deməkdir və “Yeni Çağ”ın da əslində məşəqqətlər içində böyüb pəvazlandığı heç kimə sirr deyil.

Bu gün “Yeni Çağ” bəlkə də artıq “ağ günə” çıxanlardandır. Amma bu günə qədər yaşananlar artıq gözəl bir romantik xatirə kimi görünsə də, o məşəqqətin yükünü 15 ilə qədər çəkən və bu günə gətirənlər doğrudan bir qəhramandırlar və bu yükün altına çiynini qoyan hər kəsin əməyinə dəyər verilməlidir. Bu əmək sayəsində “Yeni Çağ” 15 il yaşaya bilib və yaşamağa da davam edəcək.

Digər tərəfdən baxanda isə 15 yaş yetkinlik dönəminin başlanğıcıdır və demək ki, “Yeni Çağ”a hələ "gənc" də deyə bilmərik. Sadəcə ortada 15 il öz ayaqları üzərində durmağı başaran bir "yeniyetmə" var. Bu "yeniyetmə" hələ çox dövrləri arxada qoymalı, yaşlanmalı, müdrikləşməli, sözün bütün mənalarında varlanmalı, lakin "qocalmamalıdır". Qoca İsgəndərin qaranlıq dünyada belə tapa bilmədiyi gənclik iksirini özündə tapıb daim gənc qalmalıdır.

Aqil Ələsgər başqda olmaqla “Yeni Çağ” Media Qrupunun bütün əməkdaşlarını təbrik edirik. Uzun yolun yolun yolçuluğuğu sizi yormasın. Yolunuz açıq, gözünüz işıqlı, qəlbiniz ümidlə dolu olsun...

Çağınız bitməsin, hər zaman Yeni Çağ olun, bütün zamalarda Çağınız olsun...

Bundan sonra da uzun bir yolçuluq diləyi ilə...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar