Yəməndə 2015-ci ildən bu yana 91,6 mindən çox insan müharibə qurbanı olub
"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Silahlı Münaqişələrin Nəticələrinin Qiymətləndirilməsi Layihəsinin (ACLED) hesabatına istinadən məlumat verib.
ACLED-in məlumatına görə, husilərə qarşı mübarizə aparan Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyası 8 min dinc sakinin ölümünə görə məsuliyyət daşıyır.
Hesabatda qeyd olunur ki, 2019-cu ildə 11,9 min nəfər ölüb. Lakin Yəmən üçün ən "qanlı il", təxminən, 30,8 min insanın öldüyü 2018-ci il olub.
Qeyd olunur ki, bu rəqəmlər münaqişə nəticəsində yaranmış humanitar fəlakətlərdən, məsələn, aclıqdan ölmüş insanları əhatə etmir.
pia.az