Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yazıçılarımız meyxanaçılara paxıllıq edir” – Əsəd Cahangir    

Mən meyxanaçıları idealizə etmirəm...

“Həmişə şairlərin, yazıçıların meyxanaçıları tənqid etməsi məndə bir ədəbiyyat adamı kimi utanc hissi doğurur. Çünki mənə elə gəlir ki, bu meyxanaçıların sosial çevrədəki populyarlığı və həmin çevrədən əldə etdiyi maddi qazancdan doğur...”

Bu sözləri Yenisabah.az-a ədəbi tənqidçi Əsəd Cahangir deyib. O, son zamanlar saytlarda və sosial mediada şair və yazıçıların meyxana mövzusunun müzakirə etməsinə, meyxananın gənclərə pis örnək olduğu və pis vərdişləri təbliğ etdiyini deyilməsinə münasibət bildirib: 

“Bu qısqanclıq, paxıllıq, doğrusu, mənim ruhumu zədələyir. Mən ümumiyyətlə, paxıllığı sevmirəm. O da meyxanaçıların qismətidir və onlar qeyri-adi qabiliyyətləri, yəni bədahətən şeir deyə bilmələri hesabına xalqın rəğbətini qazanırlar, onların dəvətini qəbul edib şənliklərdə iştirak edirlər. Bu da onların halal ruzisidir. Buna qısqanc yanaşmağa nə ehtiyac var? Sən də yaxşı yaz, xalq səni oxusun. Kitabların satılsın və bu sahədən dolan. Ədəbiyyat adamları bu gün öz vəsaitləri hesabına dolana bilmirlər, çünki onların yazdıqlarına sosial tələbat yoxdur, onların kitabları alınmır. Onlar da nə isə başqa bir sənət sahəsi tapıb işləməli və paralel olaraq bədii yaradıcılıqla məşğul olmalıdır. Halbuki insan çalışdığı sahənin hesabına yaşamalıdır. Bu da onlarda çalışdığı sahənin hesabına pul qazanan meyxanaçılara qarşı bir qərəz, paxıllıq hissi doğurur”. 

Əsəd Cahangir meyxana sənətinin kənardan göründüyü qədər asan olmadığını qeyd edib: 

“Mən meyxanaçıları idealizə etmirəm, demirəm ki, onlar hamısı idealdır, meyxanada heç bir nöqsan yoxdur. Mənim meyxana sahəsində bəyənmədiyim bir çox cəhətlər var. Açığını desəm, mən meyxanaçıların fanatı deyiləm, amma başa düşürəm ki, onların qeyri-adi qabiliyyətləri var. Bunu etiraf etmək üçün insanda etiraf mədəniyyəti olmalıdır. Məclisə çıxıb yüzlərlə adamın qarşısında məzmunu, forması, ideyası, qafiyəsi, ölçüsü yerində olan şeir demək asan iş deyil. Şairlər özləri şeir yazmaq üçün bəzən saatlarla, günlərlə, hətta aylarla onun üzərində işləyir, amma meyxanaçıların buna vaxtı yoxdur, bədahətən deyirlər. Onların dediklərində həyatın həqiqətləri, sosial problemlərin tənqidi, həyata ironik münasibət, nöqsanları demək cəsarəti var. Hansı ki, bu xüsusiyyətlər bizim bir çox poeziya nümunəmizdə yoxdur. Meyxanaçılar sözlərini açıq mətnlə deyirlər. Bu onların müsbət cəhətləridir. Onlar xalqın ürəyindən keçən nöqsan və kəsrləri ictimai səviyyədə dilə gətirirlər”. 

Tənqidçi əlavə edib ki, bütün bunlarla baxmayaraq,  bu sahənin mənfi cəhətləri də var və bəzən meyxanaçılar bu janr haqda səhv fikir formalaşdırırlar: 

“Bütün bunlarla yanaşı, meyxananın mənfi tərəfləri də var. Mən meyxanada xüsusən aqressiyanı, şiddəti, təhqiramiz çalarlı sözləri qətiyyən qəbul etmirəm. Başa düşürəm ki, onlar bədahətən söz deyirlər, ilhama gəlib coşurlar, bəzən özlərindən asılı olmadan qafiyənin tələbilə, vaxt məhdudluğu üzündən bu ifadələri işlədirlər, amma istənilən halda, bütün meyxanaçılarımızı şiddətdən uzaq olmağa çağırıram. Onlar qoy xalqın şənliklərində iştirak etsinlər, bununla dolansınlar, populyarlıq qazansınlar, amma nəzərə alsınlar ki, bizim xalqın milli-mentaliteti, ədəb-ərkan qaydaları da var, bundan kənara çıxmasınlar. Bəzən bu aqressiya, şiddətin hansı nəticələrə gətirib çıxardığının son günlər özümüz şahidi olduq. Bu gün bütün respublika ictimaiyyətini şoka salan o gözlənilməz və qəddarcasına törədilmiş qətl hadisəsi əslində elə o şiddətin nəticəsidir. Hər şey Rəşad Dağlının hansısa məclisdə dediyi aqressiv sözlərdən başlayıb”.

pia.az


Etiket: Əsəd Cahangir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Ən çox oxunanalar