Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yas mərasimlərində iştirak edən bəzi “qadın mollalar” xurafatın təbliğatçısına çevrilirlər”

Getdikcə sənəd verənlərin, din xadimi, o cümlədən qadın dini ayinlərin icraçısı olmaq istəyənlərin sayı artmaqdadır...

“Hamısına şamil edilməsə də, təəssüf ki, xurafatın yayıldığı nöqtələrdən biri də qadınların iştirakı ilə keçirilən yas mərasimləridir. Orada iştirak edən bəzi “qadın mollalar” xurafatın təbliğatçısına çevrilirlər”.

Bu sözləri “Report”a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, bəzən məqsədyönlü şəkildə elə iddia edirlər ki, guya DQİDK məscidlərə qadın din xadimləri təyin edir:

“Hətta bir az da irəli gedib bunu elə təqdim etmək istəyirlər ki, guya Dövlət Komitəsi müsəlmanlara deyəcək ki, qadın imamların arxasında namaz qılmalısınız. Bunu bilməyərəkdən deyənlər də var. Diqqət edin, bu vəzifənin adı imam, imam müavini deyil, qadın dini ayinlərin icraçısıdır. Din xadimlərinin təyinatı, rotasiyası, fəaliyyətinə xitam verilməsi qaydaları ilə bağlı təlimatda qadın dini ayinlərin icraçısı vəzifəsinin funksiyası göstərilib. Bunlara imamın tapşırığına əsasən məsciddə qadınlara yönəlik dini fəaliyyəti həyata keçirmək, eyni zamanda qadınların iştirakı ilə keçirilən yas mərasimlərini idarə etmək daxildir. Hamısına şamil edilməsə də, təəssüf ki, xurafatın yayıldığı nöqtələrdən biri də qadınların iştirakı ilə keçirilən yas mərasimləridir. Orada iştirak edən bəzi “qadın mollalar” xurafatın təbliğatçısına çevrilirlər. Bunun qarşısını almaq yollarından biri də qadın dini ayinlərin icraçısı vəzifəsinin təsis edilməsi, bu vəzifə üçün imtahanların keçirilməsidir”.

G.İsmayılov bildirib ki, Dövlət Komitəsi indiyə qədər din xadimi vəzifələrini tutmaq üçün 3 dəfə vakansiya elan edib:

“Birinci vakansiyada 270 nəfər sənəd vermişdi, onlardan 133 nəfəri uğur qazanıb, 112-nə təyinat vermişik. İkinci vakansiyada 254 namizəd iştirak edib, 66 nəfər uğur qazanıb, 55 nəfər təyinat alıb. Hazırda 3-cü vakansiyaya sənəd qəbulu bitib, 293 nəfər sənəd verib, onlardan 113-ü qadın, 180-i kişidir. Bu, onu deməyə əsas verir ki, iki müsahibənin obyektiv, şəffaf keçirilməsi din sahəsində təhsil almış insanlarda artıq inam yaradır ki, müsahibə obyektivdir və mən uğur qazana bilərəm. Getdikcə sənəd verənlərin, din xadimi, o cümlədən qadın dini ayinlərin icraçısı olmaq istəyənlərin sayı artmaqdadır”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Ən çox oxunanalar