Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya xəstəxanasnda 50 il axtarışda olan terorrist ölüb

50 il axtarışda olan terorrist Yaponiya xəstəxanalarından birində dünyasını dəyişib...

Bir neçə gün əvvəl xəstəxanaya daxil olanda özünü cinayətkar Satoşi Kirişima kimi təqdim edən şəxs dünyasını dəyişib.

Poliqon xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Kirişima son 50 ildə radikal solçu “Şərqi Asiya Silahlı Anti-Yapon Cəbhəsi” təşkilatı tərəfindən həyata keçirilən silsilə terror aktlarında iştirak etdiyinə görə axtarışda olub. O, 1975-ci ilin aprelində Tokioda Koreya Sənaye və İqtisadiyyat İnstitutunda bomba yerləşdirməkdə və partlayışa səbəb olmaqda şübhəli bilinirdi.

Yanvarın 25-də Tokioya bitişik Kanaqava prefekturasında xəstəxana rəsmisi polisə bildirib ki, xəstəxanaya başqa adla daxil olan 70 yaşlı kişi özünü Satoşi Kirişima kimi təqdim edib. Pasient mədə xərçənginin terminal mərhələsində olub və son günlərini əsl adı ilə yaşamaq istədiyini söyləyib. Xəstə institutda partlayışa hazırlıqla bağlı məlumatları açıqlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb və DNT ekspertizası aparılır.

Bazar ertəsi, yanvarın 29-da səhər saatlarında Kirişimanın öldüyü məlum olub. Polis həmin şəxsin axtarışda olan cinayətkar olma ehtimalının yüksək olduğuna inanır və bütün halları araşdırır.

Xatırladaq ki, ümumilikdə “Şərqi Asiyanın Silahlı Anti-Yapon Cəbhəsi” 1974-cü il avqustun 30-da “Mitsubishi Heavy Industries” şirkətinin binasına edilən terror aktı da daxil olmaqla 12 partlayışa görə məsuliyyət daşıyır. Bu terror aktlarına görə 8 nəfər həlak olub, daha 165 nəfər ağır yaralanıbı. . Partlayışlarla bağlı 8 şübhəli saxlanılıb. Qeyd edək ki, Satoşi Kirişimanın cinayəti üzrə məhdudiyyət müddəti hələ başa çatmayıb, çünki o, beynəlxalq axtarışda olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Ən çox oxunanalar