Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN Nalbəndyanın açıqlamasına münasibət bildirdi

Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyündən kənar hər hansı statusu müzakirə mövzusu deyil


Bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın Dağlıq Qarabağın statusu müzakirə mövzusu olmaması barədə bəyanatına münasibətdə deyib.
 
"Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınır və dəstəklənir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində bir daha ölkəmizin ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyi təsbit olunur. Odur ki, Azərbaycanın ərazisinin və suverenliyinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağın ölkəmizin ərazi bütövlüyündən kənar hər hansı statusu müzakirə mövzusu deyil. Dolayısı olsa da, Ermənistan xarici işlər naziri özü də bu faktı etiraf edir", - deyə Hikmət Hacıyev bildirib.
 
Onun sözlərinə görə, münaqişənin həllinə nail olmaq üçün TŞ-nın məlum qətnamələrində tələb olunduğu kimi Ermənistan qoşunları bütün işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar