Çərşənbə axşamı, 04 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəstəliyin ağır mərhələsindəyəm” - Əməkdar artist 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanovun səhhətində problemlər hələ də aradan qalxmayıb

 

Açıqlama verən aktyor şəkər xəstəliyi nəticəsində bir sıra orqanlarının getdikcə zəiflədiyini bildirib:

“Şəkər xəstəliyinin ağır mərhələsindəyəm. Xəstəlik yavaş-yavaş böyrəyimi, qara ciyərimi sıradan çıxarır. Gözlərimi də zəiflədib. Müalicə olunuram. Sağ olsunlar, həkimlər çox vaxt təmənnasız kömək edirlər, pulu elə dava-dərmanlarıma xərcləyirəm.

Gecdir, həkimlər qarşısını almağa çalışsalar da, xəstəlik öz işini görüb. Səhhətimdə problemlər çoxdur. Saymaqla qurtarmaz. Hələ ki, dözürəm. Heç səhhətimlə bağlı danışmaq da istəmirəm. Çünkü insanları yükləmək istəmirəm”.

Rəhman Rəhmanov səhhətində yaranan problemlərə baxmayaraq, səhnə fəaliyyətinə ara verməyib. Səhnədən ayrı yaşaya bilmədiyini deyən aktyor çəkildiyi yeni filmdən də danışıb:

“Səhnəyə çıxanda acılarımı, xəstəliyimi unuduram. Evdə qalsam, lap pis olaram. İkili həyat adlı bir filmə də çəkildim.

Komediya janrında ərsəyə gələn filmdə məni qəbirqazan obrazında görəcəklər. Maraqlı bir filmdir, dekabrda premyerası olacaq. Yaradıcılıqla bağlı arzularım çoxdur. Səhnə adamı elədir ki, onun arzuları bitib-tükənmir”.(Yenicag.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib? - Yenilənib

Azərbaycanın batan səhiyyəsi: Avropada birinci, dünyada ikinci…

Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - Yenilənib

Azərbaycanda bu tarixdə güclü istilər müşahidə olunacaq: 50 dərəcədən yuxarı...

Bütün tapşırıqları Arif Rəhimovdan aldığını bildirdi

Aktrisa Sevinc Əliyeva açıq-saçıq səhnələr barədə danışdı: "Pula görə işləmişəm"

Pərviz Şahbazov türkiyəli həmkarı ilə görüşüb

Ən çox oxunanalar