Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaşıqçıoğlunu oğurlayan 15 nəfərin fotoları yayıldı

Jurnalisitin konsulluqdan qaçırılması xəbəri təsdiqlənir

Türkiyənin hökumətyönlü qəzeti bildirir ki, tanınmış səudiyyəli jurnalistə görə göndərilmiş 15 nəfərlik “sui-qəsd dəstəsi”ni müəyyənləşdirib. Türkiyə rəsmiləri yazar Camal Xaşıqçıoğlunun İstanbuldakı Səudiyyə səfirliyində öldürüldüyünü iddia edirlər.

Strateq.az xəbər verir ki, “Sabah” qəzeti 10 oktyabr buraxılışında 15 səudiyyəlinin adlarını və fotolarını dərc edib. Onların jurnalist yoxa çıxdığı gün Türkiyəyə iki özəl təyyarə ilə getdiyi qeyd olunur. Fotoların aeroportun təhlükəsizlik kameraları ilə çəkildiyi görünür.

Xaşıqçıoğlu oktyabrın 2-də İstanbuldakı Səudiyyə konsulluğuna girəndən sonra yoxa çıxıb. O, türkiyəli nişanlısı ilə evlənməkdən ötrü gərəkən sənədləşmə işini bitirmək istəyirdi.

Türkiyə rəsmiləri onun konsulluq daxilində öldürüldüyünü deyir, Səudiyyə Ərəbistanı bu iddianı rədd edir. Təhlükəsizlik mənbələri qəzetə deyiblər ki, 15 səudiyyəli İstanbula daxil olub, Xaşıqçıoğlu konsulluğa gedən gün onlar da orada olublar və daha sonra ölkəni tərk ediblər.

Türkiyənin Xarici İşlər Nazirliyi oktyabrın 9-da bildirib ki, Səudiyyə rəsmiləri İstanbuldakı konsulluqda araşdırma aparılmasına icazə verib. Prezident Rəcəp Tayyip Ərdogan bu işi həll etməyin onun siyasi və humanitar borcu olduğunu deyib.

Keçmiş qəzet redaktoru olan Kaşıqçıoğlu Səudiyyə Ərəbistanından ötən il çıxıb. O, ölkənin Yəmən müharibəsindəki siyasətini, narazıları susdurmasını tənqid etdiyinə görə ondan qisas alına biləcəyini söyləyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Ən çox oxunanalar