Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndidə hərbi forma geyinən məktəblilər... - Beynəlxalq təşkilatlar niyə susur?

Xankəndidə hərbi forma geyinən məktəblilərin videoları yayılır...

Politoloq: “Xankəndidə hərbi forma ilə məktəblilərin müxtəlif silahlardan istifadə ilə bağlı vərdişlərinin və bacarıqlarının öyrədilməsi birbaşa olaraq sepertizmi dəstəkləmək, onu yaymaq məqsədi daşıyır”.

“Sanki göstərməyə çalışırlar ki, regionda sülh və təhlükəsizlik olmamalıdır, regionda sabitlik bərqərar olunmamalıdır. Daimi gərginlik həm də siyasi və geosiyasi maraqların təminatçısı rolunda çıxış etməlidir”.

Bu sözləri politoloq İlyas Hüseynov Xankəndidə hərbi forma geyinən məktəblilərin videolarının yayılmasını Poliqon-a şərh edərkən qeyd edib.

Bu günlərdə ermənilərə məxsus sosial şəbəkə səhifələrində Xankəndidə hərbi forma geyinən məktəblilərin videoları yayılıb. Videoda göstərilir ki, onlar separatçıların atıcı və digər növ silahlarından istifadə etməyi öyrənirlər.

Bəs Ermənistanın Azərbaycana qarşı apardığı nifrət siyasətində uşaqlardan istifadə olunmasına dair faktlara beynəlxalq təşkilatlar niyə susur? Bu sahədə Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti nə qədər effektli görünür?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Onlar açıq-aydın şəkildə göstərirlər ki, bu ərazidə Azərbaycan qanunlarına tabe olmayacaqlar, Azərbaycan konstitusiyasını qəbul etməyəcəklər və reinteqrasiya prosesinə qarşı çıxırlar”.

Artıq Avropa Şurasının hesabatında Azərbaycana qarşı Ermənistanın nifrət ritorikası ilə bağlı bir sıra qeydlərin yer aldığını xatırladan politoloq bunu Azərbaycanın uğuru hesab edir:

“Xankəndidə hərbi forma ilə məktəblilərin müxtəlif silahlardan istifadə ilə bağlı vərdişlərinin və bacarıqlarının öyrədilməsi birbaşa olaraq sepertizmi dəstəkləmək, onu yaymaq məqsədi daşıyır. Onlar açıq-aydın şəkildə göstərirlər ki, bu ərazidə Azərbaycan qanunlarına tabe olmayacaqlar, Azərbaycan konstitusiyasını qəbul etməyəcəklər və reinteqrasiya prosesinə qarşı çıxırlar.

Lakin xüsusi vurğulamaq lazımdır ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan 86.6 kvadrat kilometrlik ərazisini tanıyır və bu tanınma prosesindən sonra müxtəlif hadisələr baş verdi. Seperatçılar və müxtəlif güc mərkəzlərindən idarə olunan şəxslər, xüsusilə Ruben Vardanyan kimi şəxlər danışmağa, açıqlamalar, bəyanatlar verməyə başladılar. Bununla paralel olaraq, ermənilərin sosial şəbəkələrində uşaqlara silah verilməsi videoları paylaşıldı. Sanki göstərməyə çalışırlar ki, regionda sülh və təhlükəsizlik olmamalıdır, regionda sabitlik bərqərar olunmamalıdır. Daimi gərginlik həm də siyasi və geosiyasi maraqların təminatçısı rolunda çıxış etməlidir.

İlyas Hüseynov: “Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan 86.6 kvadrat kilometrlik ərazisini tanıyır və bu tanınma prosesindən sonra müxtəlif hadisələr baş verdi”.

Düşünürəm ki, bunlar bir nəticə verməyəcək. Uşaqları da öz çirkin oyunlarına cəlb etməklə məqsədlərinə çata bilməyəcəklər. Çünki Azərbaycan beynəlxalq səviyyədə də öz fəaliyyətini davam etdirir. Artıq Avropa Şurasının hesabatında Azərbaycana qarşı Ermənistanın nifrət nitqi ilə bağlı bir sıra qeydlər yer alır. Hesab edirəm ki, bu da uğur hesab olunmalıdır.

Ermənistanda azərbaycanlı və türk adını çəkməklə kimlərisə, təhqir etmək mümkündür. Bu alçaq və şərəfsiz metodlardan istifadə etməklə, həm də regionda birgə yaşayışın yaradılmamasına qarşı da fəaliyyət göstərirlər. Əlbəttə ki, belə bir təfəkkürlə etimad quruculuğu və təhlükəsizlik arxitekturası formalaşdırmaq çox çətin hal alır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Ən çox oxunanalar